Sidni Kabral “Trabzonspor”da
Futbol üzrə Kabo Verde millisinin və “Benfika”nın cinah müdafiəçisi Sidni Kabral bundan sonra “Trabzonspor”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.
Super Liqa təmsilçisi bu keçid üçün Portuqaliya klubuna 7 milyon avro təzminat ödəyib. 23 yaşlı sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Sidni Kabral Niderlandın “Tvente” klubunun yetirməsidir. O, karyerası ərzində “Helsinqborq”, “Rot Vays Erfurt”, “Viktoriya” (Köln), “Eştrela” kimi klubların da formasını geyinib. “Benfika” gənc müdafiəçini 2026-cı ilin yanvarında 6 milyon avro müqabilində heyətinə qatmışdı. Müdafiəçi sözügedən komandanın heyətində keçirdiyi 12 oyunda 1 qol vurub, 3 qol ötürməsi verib.
2023-cü ildən Kabo Verde millisinin şərəfini qoruyan Kabral yığmanın heyətində 9 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.