Normal view

Today — 31 October 2025Main stream

“Fiorentina” “sükan”ı Mottaya tapşıra bilər

31 October 2025 at 11:30

“Yuventus” və “Bolonya”nın sabiq baş məşqçisi Tiaqo Motta “Fiorentina”nın diqqət mərkəzindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi artıq hazırkı baş məşqçi Stefano Piolinin potensial əvəzedicilərini araşdırır. O, qarşıdakı oyunlarda nəticələri yaxşılaşdırmasa, istefaya göndəriləcək. Motta mümkün namizədlər arasındadır, lakin klub, eyni zamanda, Daniele De Rossi, Paolo Vanoli və Alessandro Nestanı da nəzərdən keçirir.

“Fiorentina” 9 oyundan sonra 4 xalla A Seriyasının turnir cədvəlində sondan 2-ci yerdədir. Komanda hələ də liqada qələbə qazana bilmir.

The post “Fiorentina” “sükan”ı Mottaya tapşıra bilər appeared first on Komanda.az.

❌
❌