Normal view

Before yesterdayMain stream

“Traktor” “Zobahan”la oyunda 1 xalla kifayətləndi

10 December 2025 at 20:00

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 13-cü tur çərçivəsində “Zobahan”la qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu görüşdə xal itkisi ilə üzləşiblər – 0:0.

“Traktor” cari mövsümdə qazandığı 18 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Komanda keçirdiyi 12 oyunda 4 qələbə qazanıb, 6 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Paykan”la qarşılaşacaq. Bu oyun dekabrın 14-də doğma meydanda baş tutacaq.

“Traktor” “İstiqlal”la oyunda 1 xalla kifayətləndi

5 December 2025 at 09:00

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 12-ci tur çərçivəsində “İstiqlal”la qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu görüşdə xal itkisi ilə üzləşiblər – 0:0.

“Traktor” cari mövsümdə qazandığı 17 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 11 oyunda 4 qələbə qazanıb, 5 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Zobahan”la qarşılaşacaq. Bu oyun dekabrın 9-da səfərdə baş tutacaq.

❌
❌