U-20: Mərakeş millisi dünya çempionu oldu!
20 yaşadək futbolçulardan ibarət Mərakeş milli komandası Çilidə təşkil edilmiş U-20 dünya çempionatının qalibi olub.
Arena.az xəbər verir ki, Çilidə keçirilən turnirin finalında Argentina Mərakeş yığmaları üz-üzə gəliblər.
Qarşılaşma Mərakeş millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın heyətində hər iki qolu 20 yaşlı hücumçu Yassir Zabiri rəqib qapısından keçirib. O, 12-ci və 29-cu dəqiqələrdə fərqlənməklə görüşün taleyini elə ilk hissədə müəyyənləşdirib.
Beləliklə, Mərakeş 42 ildən sonra 20 yaşadək futbolçular arasında dünya çempionatının finalında Argentinanı məğlub edən ilk komanda olub.
Bürünc medal uğrunda görüşdə isə Kolumbiya millisi Fransa yığmasını üstələyib – 1:0. Cənubi Amerika təmsilçisinin heyətində yeganə qolu 2-ci dəqiqədə fərqlənmiş Oskar Perea vurub.
Qeyd edək ki, U-20 dünya çempionatı 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək.
The post U-20: Mərakeş millisi dünya çempionu oldu! appeared first on ARENA.AZ.