Jordi Alba: “Onun sayəsində karyeram uğurlu alındı”
4 November 2025 at 15:00
“İnter Mayami”nin 36 yaşlı ispan sol cinah müdafiəçisi Jordi Alba futbolçu karyerasında əsas rol oynamış məşqçi haqda söhbət açıb. Arena.az ispan futbolçunun müvafiq açıqlamasını təqdim edir: “Karyeramda əsas fiqur Unai Emeri olub. O, mənim meydandakı mövqeyimi dəyişdi, mənə kömək etmək üçün hər şey etdi. Bu, mənim inkişafımda vacib addım idi. Müdafiədə oynamağı əvvəlcədən istəmirdim…