Normal view

Before yesterdayMain stream

Rüfət Abdullazadə 16-cı dəqiqədə meydana çıxdı, 75-də əvəzləndi

26 October 2025 at 00:20

Azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadə Xorvatiyanın “Varajdin” komandasının heyətində növbəti oyununa çıxıb. Arena.az xəbər verir ki, sözügedən komanda Xorvatiya çempionatının 2025/2026-cı illər mövsümünün 11-ci turu çərçivəsində “Slaven Belupo” ilə qarşılaşıb. “Varajdin” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. Azərbaycanlı vinger bu görüşün 16-cı…

Source

Rüfət Abdullazadə “Qoritsa” ilə matçda ehtiyatda qaldı

20 October 2025 at 15:00

Azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadə Xorvatiyanın “Varajdin” komandasının “Qoritsa” ilə səfər oyununda şans qazanmayıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Xorvatiya çempionatının 2025/2026-cı illər mövsümünün 10-cu turu çərçivəsində səfərdə “Qoritsa” ilə qarşılaşıb.

“Varajdin” bu oyundan inamlı qələbə ilə ayrılıb – 3:1. Azərbaycanlı vinger bu görüşün sonunadək ehtiyatda qalıb.

“Varajdin” 10 turdan sonra 15 xalla 10 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Bu komanda keçirdiyi 10 oyunda 4 qələbə qazanıb, 3 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Rüfət Abdullazadə Xorvatiya klubuna bu yay “Səbail”dən keçib. O, “Varajdin”lə 3 illik müqavilə imzalayıb. Ötən mövsümün nəticələrinə görə Azərbaycan Premyer Liqasını tərk etmiş və Birinci Liqaya düşmüş Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb. Abdullazadə indiyə qədər “Varajdin”də 8 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Abdullazadə “Sumqayıt”ın yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi. Rüfət “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.

The post Rüfət Abdullazadə “Qoritsa” ilə matçda ehtiyatda qaldı appeared first on ARENA.AZ.

❌
❌