Vinisiusla Alonso arasındakı gərginlik sona çatıb
“Real”da braziliyalı vinger Vinisius Junior və baş məşqçi Xabi Alonso arasında yaranmış gərginlik aradan qalxıb.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Tərəflər oktyabrın 29-da “dostyana görüş” keçirib və açıq, səmimi söhbət aparıblar. Bu dialoq bütün anlaşılmazlıqları aradan qaldıraraq münasibətləri normallaşdırıb.
Oktyabrın 26-da “Barselona” ilə oyunda (2:1) Alonso Vinisiusu 72-ci dəqiqədə əvəzləmişdi. Braziliyalı futbolçu bu qərardan narazı qalmış və meydanı tərk edərkən emosional şəkildə etiraz etmişdi. Hadisədən sonra onun klubu tərk etmək istədiyi barədə şayiələr yayılmışdı.
Ancaq son görüşdən sonra “Real”da vəziyyətin sabitləşdiyi və 25 yaşlı futbolçu ilə baş məşqçi arasında anlaşmanın bərpa olunduğu bildirilir.
The post Vinisiusla Alonso arasındakı gərginlik sona çatıb appeared first on Komanda.az.