“Real”da əsl “doqquz nömrə” yoxdur”
“Əl-Qarafa”nın hücumçusu Xoselu keçmiş komandası “Real”ın problemləri barədə danışıb.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, o, bu problemləri belə izah edib:
“Real”ın problemi? Onlarda əsl “doqquz nömrə” yoxdur, elə deyilmi? Problem ondadır ki, insanlar bizi daim ən yaxşı illərimizlə müqayisə edirlər. 2023/24 mövsümündə cəmi iki oyunda uduzduq, altı heç-heçə etdik və qalanlarında qalib gəldik. Hansı komandadan danışmağınızdan asılı olmayaraq, belə bir nəticəni təkrarlamaq çox çətindir: “Barselona”nın ən yaxşı versiyası, “Mançester Siti”nin ən yaxşı versiyası, “Real”ın ən yaxşı versiyası”.
İspaniyalı futbolçu 2024-cü ilin yayında “Espanyol”dan “Real”a keçib və Madrid klubunun UEFA Çempionlar Liqasını qazanmasına kömək edib. Bir il sonra o, Qətərin “Əl-Qarafa” klubuna satılıb.
Son dövrlərdə uğursuz çıxış edən “Real” hazırda İspaniya La Liqasında turnir cədvəlində ikinci yerdədir.
The post “Real”da əsl “doqquz nömrə” yoxdur” appeared first on Komanda.az.