Bartoş Mazurek avrokubokların tarixinə düşdü
Polşanın “Yagelloniya” klubunun 19 yaşlı hücumameyilli yarımmüdafiəçisi Bartoş Mazurek avrokubokların tarixinə düşüb.
Arena.az xəbər verir ki, polşalı futbolçu buna Avropa Konfrans Liqasının pley-off mərhələsində İtaliyanın “Fiorentina”ya komandasına qarşı keçirdikləri cavab matçında 3 qol vurmaqla nail olub.
Mazurek 2007-ci il təvəllüdlü futbolçular arasında UEFA turnirlərində het-trik edən ilk oyunçu olub.
Xatırladaq ki, bu qarşılaşmanın əsas vaxtı polşalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə “Fiorentina” bu hesabla qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub. Burada 2:1 üstün olan Florensiya təmsilçisi rəqibini 5:4 hesabı ilə məğlub edərək mərhələ adlayıb. “Yagelloniya” isə bu turnirlə vidalaşıb.
Bartoş Mazurek “Yagelloniya”nın öz yetirməsidir. 2025-ci ildən Polşa klubunun əsas komandasında forma geyinən yarımmüdafiəçi indiyə qədər meydana çıxdığı 23 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Polşanın U-16, U-17 və U-18 yığmalarında da oynamış Mazurek hazırda ölkəsinin U-19 millisində forma geyinir.