Normal view

Yesterday — 13 December 2025Main stream

Premyer Liqa klublarının hədəfindədir – 19 yaşlı futbolçu

13 December 2025 at 20:30

“Leyptsiq”in futbolçusu Yan Diomande İngiltərə Premyer Liqası klubları arasında böyük marağa səbəb olub.

19 yaşlı vinger “Mançester Siti”, “Liverpul”, “Tottenhem”, “Çelsi” və Premyer Liqanın digər aparıcı klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müxtəlif şayiələrə baxmayaraq, hazırda iddiaçılardan heç biri Fil Dişi Sahilindən olan oyunçu ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə etməyib.

Diomandenin “Leyptsiq”lə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir və sözləşmədə sərbəstqalma maddəsi yer almır.

Onun transferi 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra reallaşa bilər. Ancaq “Leyptsiq” bu keçid üçün çox yüksək məbləğ tələb etməyi planlaşdırır. Mənbələrin məlumatına görə, tələb olunan məbləğ 100 milyon avrodan artıq olacaq.

The post Premyer Liqa klublarının hədəfindədir – 19 yaşlı futbolçu appeared first on Komanda.az.

❌
❌