Normal view

Yesterday — 6 April 2026Main stream

Yerdi Sxauten 9 aylıq sıradan çıxdı

6 April 2026 at 11:00

Futbol üzrə Niderland milli komandasının dayaq yarımmüdafiəçisi, PSV-nin kapitanı Yerdi Sxauten ciddi zədə alıb.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu çarpaz bağlarını zədələyib.

Niderland çempionatının 29-cu turunun PSV – “Utrext” matçının 66-cı dəqiqəsində zədələnmiş futbolçu dərhal əvəzlənib. Müayinələrdən sonra futbolçunun zədəsinin ciddi olduğu müəyyənləşib. Belə ki, o, təxminən 9 ay yaşıl meydanlardan kənarda qalacaq. Təcrübəli yarımmüdafiəçi yayda ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında da iştirak etməyəcək.

Qeyd edək ki, bu, Eyndhoven təmsilçisində son dövrlərdə qeydə alınan üçüncü ağır çarpaz bağ zədəsidir. Daha əvvəl Serjinyo Dest və Ruben van Bommel də eyni problemlə üzləşmişdilər.

Yerdi Sxauten 2023-cü ildən formasını geyindiyi PSV-nin heyətində 110 oyuna çıxıb, 7 qol və 4 məhsuldar ötürmə müəllifi olub. O, əvvəllər “Bolonya”, “Ekselsior”, “Telstar”, “Den Haaq” kimi klubların da şərəfini qoruyub.

2022-ci ildən Niderland millisində forma geyinən Sxauten meydana çıxdığı 17 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

❌
❌