Millinin baş məşqçisindən zədəli Ter Ştegen haqda açıqlama
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann qapıçı Mark-Andre ter Ştegenin yeni zədəsi ilə bağlı açıqlama verib.
33 yaşlı qolkiper yanvar ayında “Barselona”dan “Jirona”ya icarə əsasında keçmişdi. O, yeni komandasında cəmi iki oyuna çıxmağa macal tapıb, bundan sonra yenidən zədə səbəbindən sıradan çıxıb.
Komanda.az “Bayern&Germany”-yə istinadən xəbər verir ki, Naqelsmann, Ter Ştegenin vəziyyətinə belə münasibət bildirib:
“Bu, çox üzücüdür. Mark yenicə qayıtmışdı və düzgün yolda idi. Onun milliyə dönüşünü səbirsizliklə gözləyirdik. Amma indi əsas olan yalnız bir şeydir – o, sakit şəkildə bərpa olunmalıdır, heç bir əlavə təzyiq olmadan. Hamımız ona dəstək veririk. Təəssüf ki, bir müddət də onsuz davam etməli olacağıq”.
Məlumata görə, almaniyalı futbolçu bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.
The post Millinin baş məşqçisindən zədəli Ter Ştegen haqda açıqlama appeared first on Komanda.az.