Normal view

Before yesterdayMain stream

“Neftçi”də qol vuran futbolçuların sayı 200-ə çatıb

2 February 2026 at 12:21

“Neftçi”nin heyətində qol vuran futbolçuların sayı 200-ə çatıb.

Komanda.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, İqor Ribeyro Bakı klubunun heyətində Azərbaycan çempionatlarında ilk qoluna imza atıb.

Braziliyalı müdafiəçi Premyer Liqanın 18-ci turunda, “Araz-Naxçıvan”la görüşdə (4:0) sabiq komandasının qapısına yol tapıb.

Ribeyro Azərbaycan çempionatları tarixində “Neftçi”nin heyətində rəqib qapısına qol vuran 200-cü futbolçu olub. Cari mövsümün startına qədər 194 oyunçu bunu bacarmışdısa, cari çempionatda İqora qədər daha 5 futbolçu – Alesio Kurçi, Freddi Varqas, İmad Faraj, İfeanyi Metyu və Vensan Abubakar da bu siyahıya daxil olub.

“Neftçi” Azərbaycan çempionatlarının yüksək liqasında ən çox futbolçusu qol vuran komandadır. Hazırda heç bir digər klubun 200 oyunçusu fərqlənməyib.

“Ağ-qaralar”ın ilk qolunu 1992-ci il mayın 8-də “Xəzər”in (Sumqayıt) qapısına Yunis Hüseynov vurub. 200 nəfərlik siyahıya isə 99 qol vuran Samir Ələkbərov başçılıq edir.

The post “Neftçi”də qol vuran futbolçuların sayı 200-ə çatıb appeared first on Komanda.az.

“Neftçi” bunu 624 gün gözləmişdi

2 February 2026 at 11:17

Azərbaycan Premyer Liqasının 17-ci turunda “Araz-Naxçıvan”la qarşılaşan “Neftçi” cari mövsümdə ilk dəfə səfərdə böyükhesablı qələbəyə imza atıb.

Komanda.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, paytaxt təmsilçisi rəqib meydanında 4:0 hesabı ilə qalib gəlib.

“Ağ-qaralar” sonuncu dəfə belə nəticəyə 2023/2024 mövsümündə imza atıb. Bunu 624 gün gözləyən Bakı klubu 2024-cü il mayın 18-də “Səbail”in meydanında üç cavabsız qola sevinib.

“Neftçi”nin səfərdəki 4 və ya daha çox top fərqli qələbəsi isə 2022/23 mövsümündə qeydə alınıb. “Liv Bona Dea”dakı uğurdan 1030 gün əvvəl – 2023-cü il aprelin 8-də “Sumqayıt” qonaqların 4 cavabsız qoluna üzülüb.

The post “Neftçi” bunu 624 gün gözləmişdi appeared first on Komanda.az.

❌
❌