“Sumqayıt”ın futbolçusu Premyer Liqada 100-cü oyununu keçirib
16 December 2025 at 11:20
“Sumqayıt”ın yarımmüdafiəçisi Rüstəm Əhmədzadə Misli Premyer Liqasında 100-cü oyununu keçirib.
Komanda.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, onun yubileyi 15-ci tura təsadüf edib.
25 yaşlı futbolçu “Neftçi” ilə qarşılaşmaya (2:2) start heyətində çıxıb.
O, 100 matçda 10 qola imza atıb. Debütü 2021/2022 mövsümünə təsadüf edən Əhmədzadə üç klubun formasını geyinib. O, “Zirə”də 80 (6 qol), “Sumqayıt”da 14 (4 qol), “Qarabağ”da 6 dəfə şans qazanıb.
Rüstəm Əhmədzadə turnirin tarixində 100 və daha çox oyun keçirən 450-ci futbolçu olub.
The post “Sumqayıt”ın futbolçusu Premyer Liqada 100-cü oyununu keçirib appeared first on Komanda.az.