Super Liqa klubu özbək hücumçu ilə müqavilə imzaladı
5 July 2026 at 17:41
Türkiyənin “Başakşəhər” klubu icarə əsasında komandada çıxış edən Eldar Şomurodovun transfer hüquqlarını alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Özbəkistanlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
“Başakşəhər” transfer üçün Şomurodovun klubu “Roma”ya 7 milyon avro ödəyib.
Eldar ötən mövsüm İstanbul təmsilçisində 44 oyunda 23 qol vurub.