Normal view

Yesterday — 1 July 2026Sport-AZ

Bruno Jenezio – Marsel “Olimpik”inin yeni baş məşqçisi!

1 July 2026 at 16:30

Bu yay Fransanın “Lill” komandasından ayrılmış Bruno Jenezio bundan sonra Liqa 1-in digər təmsilçisi “Olimpik”ə (Marsel) rəhbərlik edəcək.

Arena.az xəbər verir ki, bu barədə Marsel klubu rəsmi açıqlama yayıb.

58 yaşlı mütəxəssis bu vəzifədə bir neçə gün əvvəl komandadan ayrılmış Habib Beyeni əvəz edib. Seneqallı çalışdırıcının rəhbərliyi altında Marsel “Olimpik”i ötən mövsüm Fransa Liqa 1-də 5-ci yeri tutaraq avrokuboklara vəsiqə qazanmışdı.

Jenezionun son iş yeri isə “Lill” olub. O, 2024-cü ilin yayından bu komandaya rəhbərlik edirdi. 59 yaşlı mütəxəssis sözügedən komandanı bütövlükdə 99 oyuna çıxarıb, 50 qələbə, 19 heç-heçə, 30 məğlubiyyət görüb. Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Lill” ötən mövsümü Liqa 1-də 3-cü pillədə başa vuraraq UEFA Çempionlar Liqasına vəsiqə əldə edib.

Bruno Jenezio məşqçilik karyerası ərzində “Vilfranş”, “Rasinq” (Bezanson), “Olimpik” (Lion), “Beytsin Qoan”, “Renn” kimi klublarda da baş məşqçi kimi çalışıb. Jenezio xüsusilə Lion “Olimpik”indəki fəaliyyəti dövründə komandanı ardıcıl olaraq UEFA Çempionlar Liqasına çıxarmağı bacarıb.

Marsel klubunun rəhbərliyi təcrübəli çalışdırıcının rəhbərliyi altında komandanın həm daxili çempionatda, həm də avrokuboklarda daha uğurlu çıxış edəcəyinə ümid edir.

❌
❌