Normal view

Yesterday — 7 June 2026Sport-AZ

Hakan “Fənərbağça”da? – AÇIQLAMA

7 June 2026 at 16:00

“İnter”in idman direktoru Pyero Osilio adı “Fənərbağça” ilə hallanan Hakan Çalhanoğlu ilə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, İtaliya mətbuatına danışan mütəxəssis türk yarımmüdafiəçinin komandada qalacağına inandığını deyib:

“Hakan əsas oyunçularımızdan biridir. Onu heyətdə saxlamaq istəyirik, üstəlik, müqaviləsi də var. Təkliflərin hansısa nəticəsi olacağını düşünmürəm”.

Türkiyə mətbuatının iddiasına görə, Hakan “Fənərbağça” ilə şifahi razılığa gəlib.

Çalhanoğlu başa çatan mövsümdə A Seriyasında 22 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə edib.

❌
❌