Normal view

Yesterday — 8 June 2026Sport-AZ

Formula 1: Kimi Antonelli Monakoda da hamını qabaqladı

7 June 2026 at 21:00

Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsinin (6-cı qran-pri) həlledici yarışı baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Monakoda təşkil olunub.

Bundan əvvəlki Yaponiya, Çin, Mayami, Kanada qran-prilərində olduğu kimi, Monako qran-prisində də “Mersedes”in gənc pilotu Kimi Antonelli qalib olub. 19 yaşlı italiyalı sürücü 78 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq zəfərini rəsmiləşdirib. Bu, onun həm cari mövsümdə, həm də karyerası ərzində 5-ci zəfərdir.

İkinci yeri “Ferrari”nin sürücüsü Luis Hamilton tutub. İlk üçlüyü “Red Bull”un pilotu İsak Hacar qapayıb.

Beləliklə, geridə qalmış 6 mərhələdən sonra Kimi Antonelli 156 xalla vahid liderdir. İkinci yerdə “Ferrari”nin sürücüsü Luis Hamilton (90) qərarlaşıbsa, ilk üçlüyü Kimi Antonellinin komanda yoldaşı Corc Rassel (88) qapayır.

Mühəndislər Kubokunda “Mersedes” 244 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 165 xalla ikinci, “Maklaren” isə 118 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 7-ci qran-prisi Barselonada keçiriləcək. Bu yarış iyunun 14-də təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2026

Pilotların yarışında turnir cədvəli:

  1. Kimi Antonelli (Mersedes) – 156
  2. Luis Hamilton (Ferrari) – 90
  3. Corc Rassell (Mersedes) – 88
  4. Şarl Lekler (Ferrari) – 75
  5. Oskar Piastri (Maklaren) – 60
  6. Lando Norris (Maklaren) – 58
  7. Maks Ferstappen (Red Bull) – 43
  8. İsak Hacar (Red Bull) – 29
  9. Liam Louson (Rasinq Bulls) – 26
  10. Pyer Qasli (Alpin) – 26
  11. Oliver Berman (Haas) – 18
  12. Franko Kolapinto (Alpin) – 15
  13. Arvid Linblad (Rasinq Bulls) – 13
  14. Karlos Sayns (Uilyams) – 6
  15. Aleksander Albon (Uilyams) – 5
  16. Esteban Okon (Haas) – 3
  17. Qabriel Bortoleto (Audi) – 2
  18. Fernando Alonso (Aston Martin) – 1
  19. Niko Hulkenberq (Audi) – 0
  20. Serxio Peres (Kadillak) – 0
  21. Valtteri Bottas (Kadillak) – 0
  22. Lens Stroll (Aston Martin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Mersedes – 244
  2. Ferrari – 165
  3. Maklaren – 118
  4. Red Bull – 72
  5. Alpin – 41
  6. Rasinq Bulls – 39
  7. Haas – 21
  8. Uilyams – 11
  9. Audi – 2
  10. Aston Martin – 1
  11. Kadillak – 0
❌
❌