Normal view

Yesterday — 11 June 2026Sport-AZ

“Atletiko”dan ayrılmaq böyük səhv idi” – etiraf

11 June 2026 at 16:50

“Milan”ın hücumçusu Alvaro Morata açıqlama verib.

Futbolpress.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, ispan futbolçu karyerasında etdiyi böyük səhvi açıqlayıb:

“Atletiko”dan ayrılmaq böyük səhv idi. Karyeramdakı bütün titulları orda qazandığım bir kuboka dəyişərdim. “Atletiko”nu çox sevirəm və orda çox xoşbəxt idim”.

Morata son iki mövsümü müvafiq olaraq “Qalatasaray” və “Komo”da keçirib. Hücumçu 2019-2020 və 2022-2024-cü illərdə “Atletiko”da forma geyinib.

Moratanın “Milan”la müqaviləsi ayın sonunda başa çatır.

❌
❌