Normal view

Yesterday — 9 July 2026Sport-AZ

Azərbaycanlı futbolçu “Herta” ilə müqavilə imzaladı

9 July 2026 at 15:43

Azərbaycanlı futbolçu Raul Süleymanov Almaniyanın “Herta” klubu ilə müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə 16 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib. O, II Bundesliqa klubu ilə ilk peşəkar anlaşmaya imza atdığını bildirib.

Raul buna qədər “Herta”nın əvəzedici komandasında çıxış edirdi. O, Azərbaycanın U-21 millisinin də üzvüdür.

❌
❌