Normal view

Yesterday — 1 July 2026Sport-AZ

Jeremi Jake “Liverpul”la müqavilə imzaladı

1 July 2026 at 13:30

Fransanın “Renn” klubunun mərkəz müdafiəçisi Jeremi Jake bundan sonra İngiltərə nəhəngi “Liverpul”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

“Qırmızılar” bu transfer üçün Fransa klubuna 63,6 milyon avro ödəyiblər. Tərəflər arasında uzunmüddətli müqavilə imzalanıb. Saziş beynəlxalq transfer prosedurlarının tamamlanmasından sonra qüvvəyə minəcək. 20 yaşlı futbolçu ən azı 2031-ci ilin 30 iyununadək “Liverpul”un formasını geyinəcək.

Xatırladaq ki, Jeremi Jake “Renn”in öz yetirməsidir. Bir müddət “Klermon”da icarədə də olmuş futbolçu doğma klubunun əsas komandasında 33 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

Jake Fransanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Gənc müdafiəçi son mövsümdə göstərdiyi sabit çıxışı ilə Avropanın bir sıra aparıcı klublarının diqqətini çəkmişdi. Nəticədə “Liverpul” futbolçunun transferini rəsmiləşdirərək müdafiə xəttini perspektivli oyunçu ilə gücləndirib.

❌
❌