Normal view

Yesterday — 9 July 2026Sport-AZ

Danimarka millisinin üzvü “Atletiko”da

9 July 2026 at 17:28

“Sportinq”in futbolçusu Morten Yulmann karyerasını İspaniyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, danimarkalı yarımmüdafiəçi “Atletiko” ilə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Madrid təmsilçisi Yulmannla 5 illik müqavilə imzalayacaq.

“Sportinq” yarımmüdafiəçinin satışından 40 milyon avro qazanacaq.

Yulmann Danimarka millisinin də üzvüdür.

Jeovani Kenda “Çelsi”də – 50 milyonluq transfer!

9 July 2026 at 15:30

Lissabon “Sportinq”inin 19 yaşlı portuqaliyalı sağ cinah hücumçusu Jeovani Kenda bundan sonra “Çelsi”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

Keçid London təmsilçisinə 50 milyon avro məbləğ müqabilində başa gəlib. Kenda 2034-cü ilin iyun ayının sonuna qədər müddət ərzində “zadəganlar”ın xidmətində olacaq.

Xatırladaq ki, tərəflər əslində bu futbolçunun keçidi ilə bağlı razılığı hələ 2025-ci ilin martında əldə etmişdilər. Amma Kendanın 2025/2026 mövsümünü “Sportinq”də keçirməsi qərara alınmışdı. Mövsüm başa çatdıqdan sonra isə transfer rəsmən qüvvəyə minib.

Jeovani Kenda 2017-2019-cu illər aralığında “Benfika”nın sistemində futbolun sirlərinə yiyələnib, 2019-cu ildən isə “Sportinq”də idi. O, bu klubun əsas komandasının heyətində 86 oyuna çıxıb, 9 qol vurub, 17 məhsuldar ötürmə verib.

Portuqaliyanın U-17 və U-21 yığmalarında oynamış gənc hücumçuya hələ əsas millidə debüt qismət olmayıb.

❌
❌