Xorxe Kaskilya “İmişli”dən getdi – Rəsmi
Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” klubu əsas komandanın portuqaliyalı baş məşqçisi Xorxe Kaskilya ilə vidalaşıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əyalət təmsilçisi Kaskilyanın köməkçilərindən olan Kristiano De Souza və Gilyerme Kadete ilə də vidalaşıb.
“İmişli” portuqaliyalı mütəxəssislərə xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, Xorxe Kaskilya 2025/2026-cı illər mövsümünün əvvəlindən bu komandada baş məşqçi işləyirdi. 57 yaşlı mütəxəssis Azərbaycan təmsilçisini bütövlükdə 35 oyuna çıxarıb, 8 qələbə, 13 heç-heçə və 14 məğlubiyyətə üzülüb.
“İmişli” ötən mövsüm debüt etdiyi Azərbaycan Premyer Liqasında 33 oyuna topladığı 34 xalla 12 iştirakçı arasında 9-cu yeri tutub.