Normal view

Before yesterdayMain stream

Xorxe Kaskilya: “Həmin anda heç kim özünü yaxşı aparmadı”

9 December 2025 at 23:30

“İmişli”nin baş məqşçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 14-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş oyunu “İmişli”nin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sumqayıt” birinci hissədə daha üstün futbol oynadı. Fasilədən sonra taktiki dəyişiklərə getdik. Bu da ikinci hissədə özünü göstərirdi. Rəqibdən daha üstün oynamağa başlamışdıq, qol epizodlarımız çox idi. Juninyonun epizodunda qola çox yaxın idik, amma alınmadı. Futbol elə oyundur ki, şanslardan yararlanmayanda səni cəzalandırırlar. Qoldan sonra hesabı bərabərləşdirə bilərdik.

Heyətimizdəki oyunçuların əcnəbi və ya yerli olmasına fərq qoymuram. Hansı oyunçu özünü daha yaxşı göstərirsə, o da əsas heyətdə yerini alır. Cari mövsümdə 3-cü dəfə penaltini boşa verməyimizə gəlincə, buna şərh vermək çətindir. Biz məşqlərdə penaltilər üzərində çalışırıq, amma oyun zamanı bunu reallaşdırmaq bir qədər çətin və fərqli olur”.

Kaskilya matçın sonlarında iki komandanın futbolçuları və texniki heyətləri arasında baş vermiş davaya da münasibət bildirib:

“Hər iki tərəf həmin anda özünü yaxşı aparmadı. Rəqib komandanın işçiləri də özünü yaxşı aparmadılar. Futbol emosional bir oyundur. Gərək hər kəs özünü cilovlaya bilsin”.

“Təəssüf ki, çox qol epizodu yarada bilmədik”

“Sumqayıt”ın məşqçisi Şahin Abdullayev isə komandasının qələbəsi ilə bağlı bunları dilə gətirib:

“Gözlənilən kimi, ağır oyun oldu. “İmişli” yaxşı müdafiə olunan komandadır. Onlara qarşı ilk oyunda da çətinlik çəkmişdik. Təəssüf ki, çox qol epizodu yarada bilmədik. Amma yekunda son dəqiqələrdə qolu vurub 3 xalı qazanan tərəf biz olduq. “İmişli”yə növbəti oyunlarda uğurlar arzu edirəm.

Penalti epizodundan sonra biz də öz aramızda söhbətləşdik. Bizə görə 50-nin 50-yə epizod idi. Penaltiyə daha yaxın hesab etmək olardı. Amma referinin çox uzun müddət bu barədə düşünməsi, bizi də fikrimizi dəyişməyə yönləndirirdi. Çox da bu epizod haqda danışmağa dəyməz.

Əks-hücumlara yaxşı çıxan bir komanda ilə oynadıq. Məşqlərdə də buna hazırlaşmışdıq. Düşünürəm ki, bunun da bəhrəsini gördük”.

Kaskilya: “İmişli” “Qarabağ”, “Sabah” kimi böyük klub deyi”

3 December 2025 at 19:30

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş oyununda “İmişli” 1:2 hesabıyla məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandam yaxşı oyun nümayiş etdirdi. Birinci hissədəki oyunumuzdan çox razı qaldım. Topa nəzarət edirdik. Yüksək pressinqimiz öz nəticəsini verirdi. Sadəcə, əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik. İkinci hissədə “Sabah” standart vəziyyəti yaxşı yerinə yetirdi və qol vurdu. Xarakterli komandayıq. Son dəqiqələrdə hesabı bərabərləşdirə bildik və oyunu əlavə vaxta apardıq. “Sabah” çox güclü komandadır, keyfiyyətli oyunçuları var. Fərdi ustalıq hesabına qol vurub önə keçdilər. Hər iki komanda növbəti mərhələyə layiq idi. Təəssüf ki, 1/4 finala bir komanda yüksəlir. “Sabah”ı təbrik edirəm.

“Sabah”a ardıcıl iki məğlubiyyət komandama mənfi təsir etməyəcək. Məğlubiyyətə baxmayaraq, yaxşı oyun göstərdik. İşimizi görməyə davam edəcəyik. İrəliyə baxmaq lazımdır.

Qış fasiləsində komandanı gücləndirmək istəyərik. Amma qışda yaxşı oyunçu tapmaq çətindir. “İmişli” “Qarabağ”, “Sabah” kimi böyük klub deyil. Fasilə dövründə Bakıda məşq edəcəyik”.

❌
❌