“Sabah” onun gedişini açıqladı
30 June 2026 at 17:25
“Sabah” FK müdafiəçi İqor Noqeyra ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Noqeyra 2024-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 62 oyun keçirib, 4 qol vurub.
Noqeyra “Sabah”la 1 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.
Braziliyalı futbolçu karyerasına Rusiyada davam edəcək. O, “Rostov”la anlaşıb.