Normal view

Yesterday — 22 May 2026FutbolPress.Az

AŞF-dən yeni loqo – FOTO

22 May 2026 at 17:15

Mayın 22-də Azərbaycan Şahmat Federasiyası yeni loqosunu təqdim edib.

Futbolpress.az xəbər verir ki, yeni loqo AŞF abbreviaturasıyla diqqəti cəlb edir. “A” hərfinin içərisində piyada, “F” hərfinin içərisində isə vəzir fiquru siluet kimi verilib. Abbreviaturanın fonunda şahmat taxtası zərif naxış kimi loqoya şahmat mövzusunu əlavə edir.

Minimalist və müasir yanaşma tünd göy rəngi ilə etibar və ciddilik yaradır. Loqoda piyada və vəzir fiqurlarının inteqrasiyası şahmatın strategiya, səbr və liderlik fəlsəfəsini simvolizə edir.

Loqodakı mesaj belədir: hər piyada vəzir ola bilər. Piyadadan vəzirə, gedişdən ustalığa doğru. Hər uşaq, hər həvəskar, hər şahmatçı məqsədə çata bilər. Piyadayla başlanan yol vəzirlə davam edərək qələbəyə doğru irəliləyir.

❌
❌