PSJ və “Liverpul” 19 yaşlı hücumçu ilə maraqlanır
26 May 2026 at 16:15
“Leypsiq”in futbolçusu Yan Diomande klubu tərk edə bilər.
Futbolpress.az xəbər verir ki, “Liverpul” və PSJ hücumçunun xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Bundesliqa klubu 19 yaşlı futbolçunu yaxşı məbləğ qarşılığında satmağa hazırdır.
Diomande bu mövsüm “Leypsiq”lə 33 oyunda 12 qol vurub, 9 məhsuldar ötürmə edib. Onun “transfermarkt”da dəyəri 75 milyon avrodur.