Normal view

Yesterday — 9 July 2026FutbolPress.Az

“Fənərbağça”nın sabiq hücumçusu “Qalatasaray”a keçir

9 July 2026 at 18:29

“Qalatasaray” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “cim-bom” “Əl Nəsr”dən Con Duranla anlaşıb. Bu barədə “Sabah” nəşri məlumat yayıb. İstanbul klubu 22 yaşlı hücumçunu bir mövsümlük icarəyə götürəcək.

Duranın son klubu “Zenit” olub. O, Sankt-Peterburq təmsilçisində icarədə çıxış edib.

Kolumbiyalı futbolçu daha əvvəl Türkiyədə “Fənərbağça”nın formasını geyinib.

“Seltik”in sabiq futbolçusu: “Duranın yaxşı hücumçu keyfiyyətləri var”

9 July 2026 at 09:28

“Seltik”in keçmiş futbolçusu Aleks Rae komandanın yeni transferi Kamilo Duranla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi kolumbiyalı hücumçunun Qlazqo təmsilçisi üçün faydalı ola biləcəyini qeyd edib:

“Avropanın bir neçə klubu Duranla maraqlanırdı. O, “Seltik”in oyun üslubuna uyğun hücumçudur. Düşünürəm ki, klub kolumbiyalı forvardın Premyer Liqadakı çıxışından çox, Çempionlar Liqasındakı qollarını nəzərə alıb. Baş məşqçi Martin Onil onu qısa müddətdə komandaya uyğunlaşdırmağa çalışacaq. Əminəm ki, Duran keyfiyyətli futbolçudur və “Seltik”ə fayda verəcək”.

Şotlandiya mətbuatı Duranın 5.5 milyon funt-sterlinq qarşılığında “Seltik”ə transfer olacağını iddia edib.

Before yesterdayFutbolPress.Az

“Seltik”in baş məşqçisi Durandan danışdı: “Bizə əlavə güc qatacaq”

8 July 2026 at 13:32

“Qarabağ”ın futbolçusu Kamilo Duran karyerasını “Seltik”də davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, Şotlandiya təmsilçisi kolumbiyalı hücumçunun keçidi üçün “atlılar”la anlaşıb. Transfer yaxın zamanda açıqlanacaq.

“Seltik”in baş məşqçisi Martin Onil Duranın heyətə cəlb olunması ilə bağlı “Daily Record”a fikirlərini bölüşüb:

“Duran bizə nə verə bilər? Başa düşürəm, o, kifayət qədər gənc futbolçudur. Oyununu davam etdirməlidir. Hücumçu kimi yaxşı keyfiyyətlərə sahibdir. Komandaya daha bir neçə oyunçunun da qoşulmasına ehtiyac var. Əminəm ki, Duran da bizə əlavə güc qatacaq”.

 

❌
❌