İPL-də mövsümün oyunçusu açıqlandı
23 May 2026 at 16:36
İngiltərə Premyer Liqasında 2025/26 mövsümünün ən yaxşı futbolçusu açıqlanıb.
Futbolpress.az xəbər verir ki, mükafata “Mançester Yunayted”in yarımmüdafiəçisi Brunu Fernandeş layiq görülüb.
O, cari mövsümdə çempionatda 34 oyunda 8 qol vurub, 20 məhsuldar ötürmə edib.