“Sumqayıt”ın futbolçusu Pakistan millisində kubok qazandı
12 June 2026 at 09:20
“Sumqayıt”ın futbolçusu İsa Sulimanın çıxış etdiyi Pakistan millisi Asiya zonası üzrə keçirilən “Diamond Jubilee” beynəlxalq turnirinin qalibi olub.
Futbolpress.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, artıq zədəsini tam sağaldan 28 yaşlı müdafiəçi uzun müddətdən sonra bu turnirdə ilk dəfə rəsmi oyunlarda iştirak edib.