Normal view

Yesterday — 26 May 2026ARENA.AZ

“Neftçi” Abubakar, Kostin və Kuçla vidalaşdı

26 May 2026 at 16:20

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi” futbolçuları Vensan Abubakar, Edvin Kuç və Kristian Kostinlə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Hər üç oyunçunun müqaviləsinin müddəti bu yay başa çatırdı. Klub onlarla yeni müqavilə bağlamağa ehtiyac duymayıb.

Paytaxt klubu hər üç oyunçuya təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında transfer olunmuş Vensan Abubakar “ağ-qaralar”ın heyətində 18 rəsmi matç keçirib, 9 qol vurub. O, Azərbaycan Premyer Liqasında meydana çıxdığı 16 oyunda 7 qola imza atmaqla ortalama qol sayına görə 2025/2026-cı illər mövsümünün ən yaxşılarındandır.

2024-cü ilin yayında transfer olunmuş Edvin Kuç “ağ-qaralar”ın heyətində 44 rəsmi oyun keçirib, 1 qol vurub.

Kristian Kostin isə 2025-ci ilin yayından bu yana formasını geyindiyi “Neftçi”də cəmi 7 rəsmi matça çıxıb.

❌
❌