Normal view

Before yesterdayMain stream

Vensan Abubakar Afrika Millətlər Kubokundan kənarda qaldı

6 December 2025 at 17:00

“Neftçi”nin ulduz futbolçusu Vensan Abubakar Kamerun millisinin Afrika Millətlər Kuboku üçün açıqlanmış heyətində yer almayıb.

Arena.az xəbər verir ki, 33 yaşlı forvard Afrikanın ən böyük futbol turnirində iştirak etməyəcək.

Abubakardan başqa, “Trabzonspor”da icarə əsasında çıxış edən “Mançester Yunayted”in qapıçısı Andre Onana da millidən kənarda qalıb.

Afrika Millətlər Kuboku 21 dekabr – 18 yanvar tarixləri arasında Mərakeşdə keçiriləcək. Kamerun millisi turnirin qrup mərhələsində Qabon, Kot-d’İvuar və Mozambik komandaları ilə qarşılaşacaq.

Xatırladaq ki, “Neftçi” Abubakarı oktyabr ayında heyətinə qatıb. Tərəflər 1+1 illik müqaviləyə imza atıblar. O, “ağ-qaralar”ın heyətində indiyədək 7 oyuna çıxıb, 5 qol vurub, 1 assist müəllifi olub.

Vensan Abubakar karyerası ərzində “Portu”, “Beşiktaş”, “Valensyen”, “Əl-Nəsr”, “Loryan”, “Koton Sport”, “Hatayspor” kimi klubların da formasını geyinib. O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), Portuqaliya Kubokunun (2020) və Portuqaliya Super Kubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), Türkiyə Kubokunun (2021, 2024) və Türkiyə Super Kubokunun (2024) qalibi olub.

Abubakar 2010-cu ilin may ayında debüt etdiyi Kamerun yığmasında 115 oyun keçirib, 45 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Abubakar kapitanı olduğu milli komanda ilə 2017-ci ildə Afrika Kubokunu başı üzərinə qaldırıb. O, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı hücumçunun transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.

Vensan Abubakar: “Mənə “Neftçi” haqda müsbət sözlər dedilər”

4 December 2025 at 16:30

Futbol üzrə Kamerun milli komandasının mərkəz hücumçusu Vensan Abubakar Azərbaycan klubu “Neftçi”yə transferi ilə bağlı danışıb.

Arena.az xəbər verir ki, kamerunlu hücumçu türkiyəli şərhçi Ertem Şenerə verdiyi müsahibədə bunları deyib:

“Neftçi”yə gəlməzdən əvvəl həm klubun icraçı direktoru Cenk Sümerlə, həm də Çağlar Söyüncü (Türkiyə millisi və “Fənərbağça”nın futbolçusu – red.) ilə danışdım. Onlar mənə komanda haqda çox müsbət sözlər söylədilər, böyük bir klub olduğunu bildirdilər. Onsuz da, Cenk Sümeri “Beşiktaş”da çalışdığı dövrdən tanıyırdım. Bu da qərar verməyimi asanlaşdırdı”.

33 yaşlı ulduz futbolçu “Beşiktaş”la çempion olduqları 2020/2021 mövsümünü də xatırlayıb. O, bu uğuru baş məşqçi Sergen Yalçının yox, futbolçuların qazandığını bildirib:

“Sergen Yalçınla çempion olduğumuz dönəmdə o böyük işi bacaran və çempion olan biz futbolçular idik. O kuboku meydanda mübarizə aparan oyunçu qrupu qazandı. Hazırda komandanın baş məşqçisi eyni şəxsdir. Üstəlik, heyətdə çempion olduğumuz dönəmlə müqayisədə daha böyük adlar var. Sergen Yalçın bacarırsa, indi də komandanı çempion etsin”.

Xatırladaq ki, “Neftçi” Abubakarı bu ay heyətinə qatıb. Tərəflər 1+1 illik müqaviləyə imza atıblar. O, “ağ-qaralar”ın heyətində indiyədək 6 oyuna çıxıb, 5 qol vurub, 1 assist müəllifi olub.

❌
❌