Normal view

Yesterday — 7 July 2026ARENA.AZ

Premyer Liqa: 2026/27 mövsümünün püşkü bu tarixdə atılacaq

7 July 2026 at 15:30

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün püşkatma mərasiminin tarixi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, püşkatma mərasimi iyulun 17-də baş tutacaq. Tədbirə saat 15:00-da start veriləcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 14-də start verilməsi nəzərdə tutulub. Yeni mövsümün tam təqvimi isə püşkatmadan sonra müəyyənləşəcək.

Xatırladaq ki, 2026/2027-ci illər mövsümündə də Premyer Liqa 12 komandanın iştirakı ilə təşkil ediləcək. Ötən mövsümün yekunlarına görə “Karvan” elitanı tərk edib. Sözügüdən komandanı yeni mövsümdə elitada “Şəfa” əvəz edəcək.

Beləliklə, Azərbaycan çempionatında 2026/2027-ci illər mövsümündə aşağıdakı komandalar mübarizə aparacaqlar:

  1. Sabah
  2. Qarabağ
  3. Turan Tovuz
  4. Neftçi
  5. Zirə
  6. Araz-Naxçıvan
  7. Sumqayıt
  8. Şamaxı
  9. İmişli
  10. Kəpəz
  11. Qəbələ
  12. Şəfa
❌
❌