Normal view

Yesterday — 28 October 2025Main stream

U-23 dünya çempionatı: Son gündə daha bir medal və 4-cü yer

27 October 2025 at 23:40

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında təşkil edilmiş U-23 dünya çempionatına bu gün yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu yarış günündə sərbəst güləş üzrə Azərbaycan millisinin daha bir üzvü fəxri kürsüyə qalxıb. Ayxan Abdullazadə (65 kq) təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarovu 4:1 hesabıyla üstələsə də, bürünc medal görüşündə qırğızıstanlı Bilal…

Source

DÇ-nin son günündə daha bir medal

28 October 2025 at 00:05

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatına yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu yarış günündə sərbəst güləş üzrə millinin daha bir üzvü fəxri kürsüyə qalxıb.

Ayxan Abdullazadə (65 kq) təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarovu 4:1 hesabıyla üstələsə də, bürünc medal görüşündə qırğızıstanlı Bilal Şərif Uuluya (0:10) məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Ali Tsokayev (86 kq) isə italiyalı Qabriele Nikkoliniyə (11:0) və gürcüstanlı Tornike Samxaradzeyə (13:2) tam üstünlüklə qalib gələrək bürünc medala sahib çıxıb.

Beləliklə, millimiz mundialı 1 dəst medalla başa vurub. Xatırladaq ki, ötən gün Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal qazanıb. Yığmamız 84 xalla komanda hesabında 4-cü yeri tutub və ön pillədəki Yaponiyadan cəmi 1 xal geri qalıb. ABŞ (137) birinci, İran (127) isə ikinci olub.a

The post DÇ-nin son günündə daha bir medal appeared first on Komanda.az.

Before yesterdayMain stream

Kənan Heybətov dünya çempionu oldu!

26 October 2025 at 23:55

Azərbaycan güləşçisi Kənan Heybətov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatının qalibi olub. Arena.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə Azərbaycan millisinin 2 üzvü həlledici görüşə çıxıb. Kənan Heybətov (70 kq) finalda iranlı Sina Xəliliylə qarşılaşıb. İlk hissədə rəqib üstün olsa da, həmyerlimiz əzmkar qələbə qazanıb. Rəqibinə 9:4 hesabıyla qalib gəlmiş…

Source

Günay Qurbanova dünya üçüncüsü oldu

25 October 2025 at 23:40

Azərbaycan güləşçisi Günay Qurbanova Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb. Arena.az xəbər verir ki, Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında təşkil edilmiş U-23 dünya çempionatı davam edir. Yarışın 6-cı günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub. Bu gün 18 yaşı tamam olan Günay Qurbanova (59 kq) millini…

Source

Aleksandr Tarakanov: “Gənc və perspektivli komandamız var”

25 October 2025 at 23:00

23 yaşadək güləşçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov Serbiyada qazandıqları uğuru şərh edib. Arena.az xəbər verir ki, Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında uğurlu çıxış etmiş yunan-Roma güləşi üzrə millimiz bu gün vətənə qayıdıb. İki qızıl və bir bürünc medal qazanaraq yeni rekord müəyyənləşdirən və komanda hesabında dünya…

Source

Dünya çempionatı: Heybətov və Karsanov finalda!

25 October 2025 at 21:30

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında təşkil edilmiş U-23 dünya çempionatı davam edir. Arena.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə 57, 70, 79 və 125 kq-da mübarizəyə start verilib. Muhəmmədəli Əlizadə (57 kq) debütdə özbəkistanlı Nodirbek Cumanazarovla bacarmayıb – 0:10. Kənan Heybətov (70 kq) kanadalı Koul Koqhilə (10:0)…

Source

Dünya çempionatı: 3 güləşçimiz üçün bürünc medal şansı

24 October 2025 at 21:30

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında təşkil edilmiş U-23 dünya çempionatı davam edir. Arena.az xəbər verir ki, bu gün həm qadın, həm də sərbəst güləş üzrə milli komandalarımızın üzvləri xalçaya çıxıblar. Elnurə Məmmədova (53 kq) türkiyəli Sıla Aykul üzərində inamlı qələbə (9:0) qazansa da, 1/4 finalda ispaniyalı Karla Solerə 11:14 hesabıyla məğlub olub.

Source

Yunan-Roma güləşi üzrə millimiz Novi Sadda 3-cü oldu

23 October 2025 at 23:30

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən U-23 dünya çempionatında yunan-Roma güləşi üzrə yarış yekunlaşıb. Arena.az xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası bu mundialda 2 qızıl və 1 bürünc medal qazanıb. Millimiz 93 xalla komanda hesabında dünya üçüncüsü olub. Yığmamız medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Source

DÇ: İlkin “bürünc” şansı əldən verdi, xanımlardan uğursuz start

23 October 2025 at 22:30

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında təşkil edilmiş U-23 dünya çempionatı (DÇ) davam edir. Arena.az xəbər verir ki, üçüncü yarış günündə 3 güləşçimiz mübarizəyə qoşulub. Yunan-Roma güləşində İlkin Qurbanov (60 kq) gürcüstanlı Dimitri Xaçidzeyə (3:2) və almaniyalı Georgios Skarpelloya (5:3) qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə isə iranlı Səccad…

Source

Elmir Əliyev dünya çempionu oldu, millimiz rekorda imza atdı

22 October 2025 at 23:00

Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının üzvü Elmir Əliyev Serbiyanın Novi Sad şəhərində dünya çempionu olub. Arena.az xəbər verir ki, Serbiyada 23 yaşadək güləşçilər arasında təşkil edilmiş U-23 dünya çempionatı davam edir. İkinci yarış günündə yunan-Roma güləşi üzrə daha 4 çəkidə mübarizəyə start verilib. Elmir Əliyev (55 kq) ilk mərhələni maneəsiz keçib.

Source

Oyan Nəzəriani: “İddiamızı daha da artırmağa çalışacağıq”

21 October 2025 at 23:30

Çimərlik güləşi üzrə Azərbaycan yığmasının baş məşçqisi Oyan Nəzəriani dünya seriyasında qazandıqları uğurla bağlı fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, Misirin paytaxtı İsgəndəriyyədə dünya çempionu olmuş çimərlik güləşçilərimiz bu gün vətənə qayıdıblar. Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib. Millimizin baş məşqçisi və tarixi uğura imza…

Source

Ziya Babaşov dünya çempionu oldu

21 October 2025 at 21:30

Azərbaycan güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşilər arasında təşkil edilmiş dünya çempionatının qalibi olub. Arena.az xəbər verir ki, oktyabrın 20-də Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatına start verilib. İlk yarış günündə 4 çəkidə yunan-Roma güləşi üzrə finalçılar müəyyənləşiblər. Ziya Babaşov (63 kq) yaponiyalı Miruto Tokuhiqaya 7:1…

Source

Vüsal Əliyev və İbrahim Yusubov dünya çempionu oldular!

19 October 2025 at 21:30

Azərbaycanın çimərlik güləşi üzrə milli komandasının üzvləri Vüsal Əliyev və İbrahim Yusubov dünya çempionu olublar.

Arena.az xəbər verir ki, bu gün çimərlik güləşi üzrə mövsümə yekun vurulub.

Həftəsonu Misirin İsgəndəriyyə şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.

Yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 3 güləşçimiz çıxış edib.

80 kq

Sahib Dadaşov misirli Adham Abdelzaherə (4:1), Vüsal Əliyev isə gürcüstanlı Diego Maxaradzeyə (3:2) qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıblar.

A qrupunda yer alan Sahib gürcüstanlı Ramaz Zoidze (2:2) və moldovalı Vasile Diakonu (1:1) sonuncu xal prinsipinə əsasən üstələyibsə, serbiyalı Milyan Rayiçə heç bir şans tanımayıb – 3:0.

B qrupunda qərarlaşan Vüsal isə ilk turda ukraynalı Vasil Mixaylova 1:3 hesabıyla məğlub olsa da, növbəti turda zədəli fransalı Huqo Kueno üzərində texniki qələbə qazanıb. Son turda isə yunanıstanlı Xristos Xristoforidisə 4:0 hesabıyla qalib gəlib.

Dadaşov qrup lideri, Əliyev isə ikinci yerin sahibi kimi yarımfinala yüksəlib. Finalın bir addımlığında təmsilçilərimiz üz-üzə gəlib və Vüsal Sahibi 3:2 hesabıyla məğlub edib.

Dadaşov Zoidzeyə 4:2 hesabıyla qalib gələrək bürünc medal qazanıb. Əliyev isə finalda Mixaylova 2:3 hesabıyla məğlub olub və yarışı gümüş medalla başa vurub.

90 kq

İbrahim Yusubov A qrupunda amerikalı Yakob Bumqardner (3:0), yunanıstanlı Mixail Akritidis (3:1) və gürcüstanlı Davit Xutsişviliyə (3:2) qalib gəlib. Qrup lideri kimi yarımfinala vəsiqə qazanan təcrübəli güləşçimiz amerikalı Cabari Ayronsa da gücünü göstərib – 4:1. Yusubov finalda ukraynalı Oleksey Yakovçuka 2:1 hesabıyla qalib gələrək çempion olub.

Dünya Seriyasının final mərhələsi başa çatdıqdan sonra bütün 5 mərhələdə güləşçilərin topladığı xallar hesablanıb və hər çəki üzrə yekun 3-lük müəyyənləşib. Nəticədə bu il çimərlik güləşində debüt edən Vüsal Əliyev 80 kq-da dünya çempionu olub. İbrahim Yusubov isə 90 kq-da eyni nəticəyə imza atıb. Beləliklə, təcrübəli güləşçimiz 4 qat dünya çempionu ünvanına sahib çıxıb.

İlk dəfə bir mövsümdə 2 təmsilçimiz böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionu adını qazanıb.

The post Vüsal Əliyev və İbrahim Yusubov dünya çempionu oldular! appeared first on ARENA.AZ.

❌
❌