Normal view

Yesterday — 30 October 2025Main stream

“Mançester Yunayted”in zədəli futbolçusu sıraya döndü

30 October 2025 at 19:43

“Mançester Yunayted” klubunun futbolçusu Lisandro Martines uzunmüddətli zədədən sonra məşqlərə başlayıb.

Komanda.az xəbər verir ki, o, komandasının sonuncu məşqində iştirak edib.

Qeyd edək ki, argentinalı müdafiəçinin bu ilin əvvəlində dizində çarpaz bağ yırtıldığı üçün uzun müddət yaşıl meydanlardan kənar qalıb.

Martines 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. O, komandanın heyətində 91 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

The post “Mançester Yunayted”in zədəli futbolçusu sıraya döndü appeared first on Komanda.az.

“İnter”in qapıçısı həbs oluna bilər

30 October 2025 at 09:43

“İnter”in qapıçısı Xosep Martines həbs oluna bilər.

Futbolpress.az xəbər verir ki, qolkiper avtomobili ilə 81 yaşlı adamı vuraraq öldürüb. İtaliya mətbuatı Martinesin 2-7 il arası azadlıqdan məhrum edilə biləcəyini yazıb.

İtaliya polisi məsələ ilə bağlı araşdırmaya başlayıb.

❌
❌