Normal view

Yesterday — 3 February 2026Main stream

Veysəl Rzayev bıçaqlandı

3 February 2026 at 11:00

Gəncənin “Kəpəz” komandasının 24 yaşlı oyunçusu Veysəl Rzayev bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs axtarılır.

Arena.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev mübahisə zəminində bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib. Hazırda futbolçunun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.

Futbolçunun formasını geyindiyi “Kəpəz” klubu da hadisə ilə bağlı rəsmi açıqlama yayıb:

“Rzayev insident nəticəsində xəsarət alıb. Klubumuzun üzvü hazırda Gəncə şəhər 3 saylı xəstəxanada müalicə olunur. Futbolçuya cərrahi müdaxilə edilib, hazırda vəziyyəti stabildir”.

Xatırladaq ki, Veysəl bu qış fasiləsində “Turan Tovuz”dan azad agent kimi ayrılaraq “Kəpəz”lə müqavilə bağlayıb. Tərəflər cari mövsümün sonunadək anlaşıblar. Rzayev Gəncə təmsilçisinin heyətində 2 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Qəbələ”nin yetirməsi olan Rzayev karyerası ərzində “Turan Tovuz” və “Sabah”ın da formasını geyinib.

Azərbaycanın U-16, U-17, U-19 və U-21 yığmalarının da şərəfini qorumuş 23 yaşlı futbolçuya əsas millimizdə debüt etmək qismət olmayıb.

“Kəpəz”dən bıçaqlanan futbolçusu ilə bağlı açıqlama

3 February 2026 at 11:16

“Kəpəz” klubu bışaqlanan futbolçusu Veysəl Rzayevin durumu ilə bağlı açıqlama yayıb

Komanda.az xəbər verir ki, insident nəticəsində xəsarət alan futbolçunun hazırda Gəncə şəhər 3 saylı xəstəxanada müalicə olunduğu bildirilib.

Futbolçuya cərrahi müdaxilə edilib, hazırda vəziyyəti sabitdir.

Hadisə bu gün səhər saatlarında Gəncə şəhərində baş verib. Futbolçu Müseyib Bağırov küçəsində iki nəfər arasında yaranan əlbəyaxa davanın şahidi olub. Mübahisəyə müdaxilə edərək tərəfləri ayırmaq istəyən Veysəl Rzayev bu zaman bıçaq xəsarəti alıb.

The post “Kəpəz”dən bıçaqlanan futbolçusu ilə bağlı açıqlama appeared first on Komanda.az.

❌
❌