Normal view

Today — 11 February 2026Main stream

“Traktor” ÇL-də “Əl-Sədd”ə məğlub oldu

11 February 2026 at 09:00

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu turnirin əsas mərhələsinin 7-ci turunda Qətərin “Əl-Sədd” komandası ilə qarşılaşıb.

Doğma meydanda baş tutmuş bu oyunda təbrizlilər məğlubiyyətə üzülüblər – 0:2.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv ÇL-dəki növbəti oyununu evdə Qətərin digər təmsilçisi “Əl-Qarafa”ya qarşı keçirəcək. Bu oyun fevralın 17-də səfərdə baş tutacaq.

Qeyd edək ki, Asiya Çempionlar Liqasının cari mövsümündə ümumilikdə 24 komanda mübarizə aparır. İştirakçılar coğrafi prinsiplə “Qərb” və “Şərq” zonalarına bölünüblər. Hər zonada 12 komanda yarışır və komandalar qruplar üzrə deyil, vahid turnir sistemi ilə mübarizə aparırlar.

Hər komanda 8 oyun keçirəcək. Onların nəticələrinə əsasən, “Qərb” və “Şərq”in hərəsindən 8 ən yaxşı komanda 1/8 finalda oynamaq hüququ qazanacaq. Orada da komandalar öz zonalarında yer alanlarla qarşılaşacaqlar. Yalnız 1/4 final mərhələsindən “Qərb”lə “Şərq” birləşəcək. 1/4 final, yarımfinal və final görüşləri aprelin 17-25-də Səudiyyə Ərəbistanında keçiriləcək.

“Traktor” “Qərb” zonasında yer alıb. Komanda hazırda 14 xalla 3-cü pillədə qərarlaşıb. Təbrizlilər qrup mərhələsinin sonuncu turunda “Əl-Qarafa”ya uduzsa belə, ən yaxşı 8 komanda sırasında yer alacaq.

Xatırladaq ki, ötən mövsüm tarixdə ilk dəfə İran çempionu olmuş “Traktor” ölkənin Asiya Çempionlar Liqasının Elit turnirində yeganə təmsilçisidir. Təbriz təmsilçisi ötən mövsüm Asiya Çempionlar Liqasının 2-ci turnirinə qatılmış və 1/4 finala qədər irəliləmişdi.

❌
❌