Normal view

Yesterday — 15 February 2026Main stream

“Qarabağ”ın rəqibində Bruno Gimaraynş şoku

13 February 2026 at 23:00

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimaraynş zədələnib

Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.

Belə ki, 28 yaşlı braziliyalı futbolçu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Müayinə nəticəsində onun sol budundan ciddi zədə aldığı aşkar olunub.

İngiltərə Premyer Liqasının 26-cı turunda “Tottenhem”lə matçda (2:1) zədələnmiş futbolçu bu səbəbdən iki ay komandasına kömək edə bilməyəcək. Yaxın vaxtlarda Gimaraynşın müalicə üçün vətəninə yollanacağı bildirilir.

Bruno Gimaraynş cari mövsümdə “Nyukasl”ın heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyuna saat 21:45-də start veriləcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə (saat 00:00) İngiltərədə baş tutacaq.

❌
❌