Normal view

Today — 17 February 2026Main stream

“Qol vurmağa hazıram” – Kamilo Duran

17 February 2026 at 17:10

“Qarabağ”ın futbolçusu Kamilo Duran Çempionlar Liqasının pley-off mərhələsində sabah “Nyukasl”a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak etdi.

Futbolpress.az xəbər verir ki, hücumçu jurnalistlərlə görüşdə bunları dedi:

– Fərqindəyik ki, bizi tarixi və çətin oyun gözləyir. Doğma azarkeşlərimizin qarşısıda oynayacağıq. Çətin rəqibdir. İstənilən halda, əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək, uğurlu nəticə əldə edək.

– Turnirdəki son oyununuzda İngiltərə komandasına qarşı olub. Hansı təcrübəni götürmüsüz ki, məhz o məqamda diqqətli olmaq lazımdır.
– İngiltərə klubları fiziki güclüdür və sürətli oynayırlar. Buna baxmayaraq, yaxşı hazırlaşmışıq. Onların zəif cəhətlərindən istifadə etməyə çalışacağıq.

– “Qarabağ”la Çempionlar Liqasında keçdiyiniz yol sizə nələr verib?
– Mənimçün çox xoşdur, xoşbəxtəm. “Qarabağ”da bu yolu keçmək karyeramın ən uğurlu dönəmidir. Gəncəm və daha inamlı olmalıyam. Üzərimdə işləməli, sürətli olmalıyam. Bu keyfiyyətlərimi inkişaf etdirməliyəm.

– Bu mövsüm effektiv performans sərgiləməyin Kolumbiya yığmasına düşə bilməyinə kömək edə bilər? Ümumiyyətlə, bu, nə dərəcə realdır, təklif olubmu?
– Bu mövsüm uğurlu keçir. Milli komandada oynamaq uşaqlıq arzumdur. Düşünürəm ki, belə davam etsə, yığmaya düşməyə daha yaxın olaram. Hamı dünya çempionatında oynamaq istəyər. İndiki məqamda hansısa dəvət yoxdur.

– Qol vursan, Çempionlar Liqasında tarixə düşəcəksən…
– Hazıram. Ötən həftə məşqlərdə “Nyukasl”ı da düşünürdüm. Qol vurmağa hazıram.

❌
❌