Azərbaycan millisi Macarıstanla üz-üzə
7 March 2026 at 11:34
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, milli səfərdə Macarıstanla qarşılaşacaq.
Felksutdakı “Panço Arena”da keçiriləcək Macarıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.
Azərbaycan millisi ilk oyunda Şimali Makedoniyanı məğlub edib – 1:0.