Qrizmann qərarını verdi
7 March 2026 at 13:00
MLS klubu “Orlando” ilə danışıq aparan “Atletiko”nun hücumçusu Antuan Qrizmann qərarını verib.
Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Fransalı hücumçu “Atletiko”da daha bir mövsüm qalmağa qərar verib.
Daha öncə “Orlando”nun Qrizmann üçün Madrid təmsilçisi ilə razılaşdığı, ancaq oyunçu ilə danışıq apardığı bildirilmişdi.
Fransız futbolçu bu mövsüm La Liqada 23 oyunda 6 qol vurub.