“Qarabağ”ın legionerləri yığmaya çağırıldı
21 March 2026 at 11:55
“Qarabağ”ın legionerləri Marko Yankoviç və Mateuş Koxalski milli komandalara dəvət alıb.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Monteneqro, qolkiper isə Polşa yığmasına çağırılıb.
Montenqro millisi Andora və Sloveniya ilə yoldaşlıq oyunları keçirəcək. Polşa isə dünya çempionatına vəsiqə uğrunda pley-offda Albaniya ilə üz-üzə gələcək.