Koxalski: “Qarabağ” məni buraxmadı”
Polşalı qapıçı Mateuş Koxalski “Qarabağ”dan ayrılmaq istəyib.
Futbolpress.az xəbər verir ki, qolkiper bununla bağlı ölkəsinin mətbuatına açıqlamasında deyib. O, Polşanın “Vidzev” klubundan təklif aldığını və “hə” dediyini, lakin “Qarabağ”ın onu buraxmadığını söyləyib:
“Vidzev”dən təklif almışdım və “hə” demişdim. Lakin “Qarabağ” razılaşmadı. Futbol mənim üçün çox vacibdir. Amma ailəm və sevdiklərim həmişə mənim üçün prioritet olub və olacaq. Ümid edirəm ki, insanlar bunu başa düşərlər. Mən ailə adamıyam və bu cür ayrılıq psixoloji cəhətdən pis təsir edir.
Çempionlar Liqasında oynayıram, gözəl hissdir. “Qarabağ” və Azərbaycan uğur qazanmaq üçün mükəmməl yerdir. Amma heç kimin bilmədiyi bir şey var: Məşqdən və ya oyundan sonra evə qayıdanda tək qalıram, sevdiklərimdən uzaqdayam”.