Normal view

Yesterday — 21 March 2026Main stream

Mahir Emreli “Nürnberq”ə qarşı 34 dəqiqə oynadı

21 March 2026 at 22:00

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 27-ci turu çərçivəsində “Nürnberq”lə oyunun iştirakçısı olub.

Səfərdə baş tutmuş bu görüş “Kayzerslautern”in 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Baş məşqçi Torsten Liberknext bu matçda Emreliyə də şans verib. Azərbaycanlı hücumçu 56-cı dəqiqədə meydana buraxılıb.

27 turdan sonra 40 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 27 oyunda 12 qələbə qazanıb, 4 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 10 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Before yesterdayMain stream

Mahir Emreli: “Baş məşqçi məndən razıdır”

16 March 2026 at 18:00

Futbol üzrə Azərbaycan millisinin və “Kayzerslautern”in Mahir Emreli Almaniyanın “Treffpunkt-betze” nəşrinə açıqlama verib.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 26-cı turunda “Karlsrue” ilə oyunda qol vurması barədə danışıb:

“Azarkeşlər çoxlu mesajlar göndərdilər, mənə inandıqlarını göstərdilər. Derbi atmosferi digər matçlardan fərqlidir. Baş məşqçi ilə yaxşı münasibətim var. Zədəli olanda komandadan bir az uzaqda qaldım. Baş məşqçidən daha çox oyun vaxtı qazanmaq üçün nə edə biləcəyimi soruşdum. O, məşqdəki çıxışlarımdan razıdır. Cəmi 5 dəqiqə oynasam belə, əlimdən gələni edirəm və özümü sübut etməyə çalışıram”.

Sözügedən qarşılaşmada komandasının sonuncu qoluna imza atmış Mahir onun üçün emosional an olduğunu vurğulayıb:

“Çünki son bir neçə həftə və ay çətin dövr oldu. Belə qarşılaşmada, fantastik atmosferdə ilk qolumu vurmaq (“Kayzerslautern” forması ilə 2-ci Bundesliqada) məni çox xoşbəxt edir. Xüsusən də zədə səbəbindən yaranan uzun fasilədən sonra”.

Xatırladaq ki, “Kayzerslautern” “Karlsrue”ni 3:0 hesabıyla məğlub edib. 83-cü dəqiqədə meydana çıxmış Mahir Emreli 90+4-cü dəqiqədə komandasının sonuncu qolunu vurub. Bu, onun Almaniya klubunun heyətində 9-cu oyunda 2-ci qoldur.

Mahir Emreli “Karlsrue”yə qol vurdu, 3 xala sevindi

15 March 2026 at 19:30

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 26-cı turu çərçivəsində “Karlsrue” ilə oyunun iştirakçısı olub.

Doğma meydanda baş tutmuş bu görüş “Kayzerslautern”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Baş məşqçi Torsten Liberknext bu matçda Emreliyə də şans verib. Azərbaycanlı hücumçu 83-cü dəqiqədə meydana buraxılıb. Komandasının sonuncu qolunu da Mahir vurub. O, 90+4-cü dəqiqədə fərqlənib.

26 turdan sonra 40 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 26 oyunda 12 qələbə qazanıb, 4 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 9 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

❌
❌