Normal view

Today — 28 March 2026Main stream

“Həmişə düşünürdüm ki, milli formanı geyinmək necə hissdir?”

28 March 2026 at 09:01

Azərbaycan milli komandası “FIFA Series 2026” beynəlxalq turniri çərçivəsində bu gün Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, millidə debüt edən “Turan Tovuz”un futbolçusu Ayxan Hüseynov matçdan sonra “CBC Sport”a açıqlamasında bunları deyib:

“Hamını təbrik edirəm, çoxdan idi, qələbə qazanmırdıq. Bəlkə də, indi dünyada ən xoşbəxt insanam. Millinin oyunçusu olmağın necə hiss olduğunu hiss etdim. Düzdür, hava şəraiti pis idi, çətinlik yaratdı. Havaya görə meydança yaxşı deyildi. Hər şansdan istifadə etməyə çalışdıq”.

Hüseynov debütünü belə ifadə edib:

“Sözlərlə demək çətindir. Həqiqətən, çox çətinliklərdən keçmişəm. Gənclərə məsləhətim odur ki, çox adam deyəcək sizdə alınmayacaq. Onlara qulaq asmayın. Sona qədər mübarizə aparın. İlk oyunumda qələbə qazandıq, məhsuldar ötürmə etdik. Çox sevinirəm. Bəlkə, yata bilməyəcəyəm. Həmişə düşünürdüm ki, milli formanı geyinmək necə hissdir? Çalışırdım ki, yaxşı oyun göstərim, hamı başa düşsün ki, məni elə-belə bura çağırmayıblar. Ayxan müəllimə minnətdaram ki, məni çağırdı.

Hər gün maksimumu etməyə çalışıram. İstər klubda, istər millidə. Gələcəkdə necə olacağını bilmirəm. Çalışacam ki, yaxşı oynayım və yayda da yığmaya çağırılım”.

❌
❌