Gimnastlarımız Avropa Çempionatında mərhələ adladı
Portuqaliyada keçirilən gimnastika üzrə Avropa Çempionatı davam edir.
Futbolpress.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən idmançılar mərhələ adlayıblar.
Batut gimnastikası üzrə milli komandamızın üzvləri Ammar Baxşalıyev, Ömər Qasımlı, Muhamməd Həsənli, Fərhad Mustafayev komanda hesabında final mərhələsinə, ikili-mini batut üzrə isə Ammar Baxşalıyev və Fərhad Mustafayev yarımfinal mərhələsinə yüksəliblər.