Gənc cüdoçular arasında turnir keçiriləcək
9 April 2026 at 20:32
Aprelin 14-də 20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.
Futbolpress.az xəbər verir ki, yarışda 33 klub və idman cəmiyyətini təmsil edən 219 cüdoçu (175 kişi, 44 qadın) 14 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Cüdoda ne-vaza bacarıqları idmançıların görüş zamanı yer (parter) texnikalarını inkişaf etdirməsinə və təkmilləşdirməsinə şərait yaradır. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi daha effektiv şəkildə məğlub etmək üçün vacib taktiki yanaşmaların formalaşmasında mühüm rol oynayır.
Qeyd edək ki, heç bir kəmər dərəcəsi olmayan və buna görə verilmiş 2 (iki) yarışlıq güzəşt imkanını istifadə etmiş idmançılar yarışlara buraxılmırlar.