Məmmədov bu mövsüm ikinci dəfə “Neftçi”nin oyununda
16 April 2026 at 16:30
Misli Premyer Liqasında sabah keçiriləcək “Zirə” – “Neftçi” oyununu İnqilab Məmmədov idarə edəcək.
Futbolpress.az-ın məlumatına görə, FIFA referisi liqada bu mövsüm ikinci dəfə “Neftçi”nin oyununa təyinat alıb. O, bundan öncə ötən ilin sentyabrında baş tutan “Sabah”la oyunu idarə edib – 0:0.
Məmmədov “Zirə”nin çempionatda 4-cü oyununu idarə edəcək. Referi buna qədər “qartallar”ın 3 səfər matçında baş hakim olub. “Zirə” bu görüşlərin ikisində qələbə qazanıb, birində uduzub. “Qəbələ” və “Sumqayıt”ı üstələyən qəsəbə təmsilçisi “Şamaxı”ya isə məğlub olub.