Normal view

Today — 5 May 2026Main stream

Andrade üçün yubiley

5 May 2026 at 11:00

Leandro Andrade “Qarabağ”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 60-cı qolunu vurub.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXX turunun “Turan Tovuz”la ev qarşılaşmasına (2:1) təsadüf edib.

Leandro 60-cı qolunu Ağdam klubunda çıxdığı 211-ci matçında vurub. O, Premyer Liqada 45 (135 oyunda), ölkə kubokunda 2 (20 oyunda), avrokuboklarda 13 (56 qoyunda) qola imza atıb.

Qeyd edək ki, Leandro “Qarabağ”da ilk qolunu 2022-ci il aprelin 2-də “Səbail”lə (5:1) çempionat görüşündə vurub.

“Kəpəz”in futbolçusundan mövsümün rekordu

5 May 2026 at 10:46

Misli Premyer Liqasının XXX turu “Kəpəz”in futbolçusu Rauf Hüseynlinin 4 dəqiqəyə iki qol vurması ilə əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, “Sumqayıt”la ev oyununda (2:1) fərqlənən futbolçu bununla da mövsümün rekordunu təkrarlayıb. 86-cı və 89-cu dəqiqələrdə qol sevinci yaşayan Raufa qədər yalnız Leandro Andrade matçın bir hissəsində belə qısa müddətdə dubl müəllifi olub. “Qarabağ”ın portuqaliyalı yarımmüdafiəçisi “Araz-Naxçıvan”la martın 8-də keçirilən qarşılaşmada (6:0) 33-cü və 36-cı dəqiqələrdəki qolları ilə dublunu rəsmiləşdirib.

Leandrodan fərqli olaraq Hüseynli hər iki qolu penaltidən vurub. O, cari mövsümdə bir matçda 2 dəfə 11 metrlik nöqtədən dəqiq olan 4-cü futbolçudur. Onadək Aleksandr Ramalinqom (“Sumqayıt”) və Coy Lens Mikels (“Sabah”) penaltilərlə dubl edib, Toral Bayramov (“Qarabağ”) het-trik etdiyi qarşılaşmada iki dəfə “ağ nöqtə”dən fərqlənib. Raufa qədər Ramalinqom daha qısa müddətdə – 12 dəqiqədə iki penalti zərbəsini qola çevirmişdi. O, “Karvan-Yevlax”la ötən il oktyabrın 18-də keçirilən matçın (4:1) 54-cü və 65-ci dəqiqələrində fərqlənib.

“Şamaxı”nın uğursuz “3”ləri

5 May 2026 at 10:39

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 10-cu dəfə öz meydanında böyük hesabla uduzub.

Futbolpress.az xəbər verir ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komanda Misli Premyer Liqasının XXX turunda “Sabah”a 0:3 hesabı ilə məğlub olub. Komanda 363-cü ev oyununda bu nəticəyə görə üzülüb.

“Şamaxı” tarixində bir mövsümdə 3-cü dəfə öz meydanında üç və ya daha çox top fərqi ilə uduzub. “Sabah”a qədər onların qonağı olan “Kəpəz” 4:1, “Qəbələ” 4:0 hesablı səfər qələbəsinə nail olub. Bunadək antirekord iki belə nəticənin yaşandığı 2022/23 mövsümündə qeydə alınmışdı.

Komandanın öz meydanında ilk ağır məğlubiyyəti isə 2000/01 mövsümünə təsadüf edib. 2000-ci il oktyabrın 20-də “Neftçi” “Xəzər Universiteti” adlanan rəqibinin meydanında 4:1 hesabı ilə qalib gəlib.

“Neftçi” Yevlax səfərində – YENİLƏNİR

5 May 2026 at 08:25

Bu gün Misli Premyer Liqasında XXX tura yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə bir qarşılaşma keçiriləcək. “Neftçi” “Karvan-Yevlax”ın qonağı olacaq. Matça saat 16:00-da start veriləcək.

Misli Premyer Liqası
XXX tur

5 may

16:00 Karvan-Yevlax – Neftçi
Baş hakim:
Rauf Cabarov
Yevlax şəhər stadionu

Yorğun “Qarabağ”ın “gümüş”ü

5 May 2026 at 08:01

“Qarabağ” Misli Premyer Liqasının XXX turunda “Turan Tovuz”u məğlub edib – 2:1.

“Qarabağ” oyunun son 10-15 dəqiqəsi istisna olmaqla, qalan vaxtlarda üstün tərəf kimi oynadı. İlk hissədə real şans yaratmaqda çətinlik çəkən “atlılar” fasilədən sonra 4 dəqiqə ərzində vurduğu 2 qolla oyunun taleyini həll etdi. Tovuzlular sonda təzyiqi artırıb, hesabı bərabərləşdirməyə çalışsa da, təsəlli qolundan artığına gücü çatmadı.

“Qarabağ” ümumi fonda yorğun görünür. Kamilo Duranın cəzalı olması, Musa Qurbanlının matçın əvvəlində zədələnməsi komandanının hücum gücünə təsirsiz ötüşmədi. Müdafiəçi Kevin Medina “atlılar”ın heyətində ön plana çıxan əsas oyunçu idi. Bəzən hücuma da qoşulan, geridə isə kritik müdaxilələrlə komandasına fayda verən kolumbiyalı qazanılan qələbədə pay sahiblərindən oldu.

Tovuz təmsilçisi isə oyun baxımından artırmalıdır. Komanda, sürpriz olmazsa, yeni mövsümdə Konfrans Liqasında mübarizə aparacaq. Heyətin gücləndirilməsi mütləqdir. Bəzi futbolçuların hücum potensialını artırmağa ehtiyac var. Kurban Berdıyev böyük avrokubok təcrübəsinə malikdir, ancaq heyətdəki oyunçuların əksəriyyəti ilk dəfə Avropa arenasında çıxış edəcək. Klub artıq yeni mövsümlə bağlı planlara başlamalıdır – gecikmə avrokuboklarda uğursuz nəticələrə və ya erkən vidaya zəmin yarada bilər.

“Qarabağ” qələbə sayəsində xallarını 62-yə çatdırıb. Komanda ən yaxın izləyicisi “Turan Tovuz”u 6 xal qabaqlayır. “Atlılar” bununla da sona üç tur qalmış liqada gümüş medalların taleyini böyük ölçüdə həll etdi.

Şahin Cəfərov 

Yesterday — 4 May 2026Main stream

“Bu ilki çempionat düşündüyümdən daha keyfiyyətli oldu” – Qurbanov

4 May 2026 at 21:53

Misli Premyer Liqasının XXX turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Futbolçularımı təbrik edirəm. Sıx qrafikə baxmayaraq, sona qədər mübarizə apardılar. Oyunçularım  böyük xarakter nümayiş etdirdilər.

– Musa Qurbanlının zədəsi nə dərəcə ciddidir?
– Bir az vaxt lazım olacaq. Dizində ağrılar hiss etdi. Bir neçə gün əvvəl məşqdə də eyni hal yaşanmışdı. Sabah daha dəqiq bilinəcək. Onun həmin nahiyədə xroniki zədəsi var.

– Buraxdığınız qolda Koxalskinin səhvi var idi, ya rəqibin ustalığı?
– Hər ikisi. Ayxan baxımlı zərbə endirdi, amma qapıçı da belə toplara reaksiya verməlidir.

– Sanki zərbəyə hazır deyildi…
– Sanki ciddiyə almırdı. Təkrar epizoda baxdım, zərbə də keyfiyyətli idi.

– Ramil Şeydayev bu il cəmi bir oyuna çıxıb və 9 dəqiqə şans qazanıb. Alternativ yox idi oynadı, ya məşqlərdə özünü göstərir?
– Ramil işgüzar futbolçudur, bu da həmişə onun üstün cəhəti olub. Məşqlərdə də ən yaxşılar sırasındadır. Bəzən oyunlar elə alınır ki, matça daxil ola bilmir. Bu gün isə şans qazandı.

– AFFA İntizam Komitəsi kubokun “Sabah”la yarımfinal oyunu ilə bağlı cəzaları açıqlamayıb. Araşdırmanın bu qədər uzun çəkməsi haqda nə düşünürsünüz?
– Bu barədə heç nə fikirləşmirəm.

Yayda yeni istədiyiniz hücumçular alınmazsa, Juninyonu geri qaytarmaq variantını nəzərdən keçirərsiniz?
– İnanmıram ki, Meksika çempionatından bura qayıtsın. Üstəlik, orda dünya çempionatı da keçiriləcək. Gəlsə, yox demərəm. Son oyunlarda da formadadır. Az qol vursa da, vacib anlarda önə çıxır. Onun gəlişi isə çətin görünür.

– Yerli “bazar”da diqqətinizdə olan legionerlər var?
– Var, amma klublarındadırlar.

– Çox qol vurub, az qol buraxan komandalardansınız. Yayda transferlərdə vacib mövqe hansı olacaq?
– Ümumi baxırıq. Hər mövqedə yeni futbolçuya ehtiyacımız var. Keyfiyyət və say önəmli məqamdır. Çalışacağıq ki, həm sayı, həm keyfiyyəti artıraq. Builki çempionat düşündüyümdən daha keyfiyyətli keçdi. Futbolda bəzən gözləmədiyin hallar çox olur. Kimsə zədələnir, kimsə yorulur və ehtiyat skamyada problemlər yaşanır. Son vaxtlarda “Sabah”la 3, “Neftçi”ylə 2, bu gün “Turan Tovuz”la matç… hamısı yüksək səviyyəli görüşlərdir. Belə anlarda rotasiyalara ehtiyac yaranır. Çalışırıq ki, heyəti genişləndirək.

– Kuboku “Sabah”ın, yoxsa “Zirə”nin qazanmasını istərdiniz?
– Hər ikisinə uğurlar arzu edirəm.

– Sizcə, bu ilki tempi saxlaya bilsəniz, Konfrans Liqasında yarımfinala qədər yüksəlmək ehtimalı var?
– Bizə Konfrans Liqasını arzu edirsiniz? (gülür) Çox istərdim ki, daha yuxarılarda olaq. Böyümək, böyük futbolu tam hiss etmək üçün yüksək səviyyəli turnirlər daha önəmlidir. Güclü komandalarla qarşılaşmaq isə özlüyündə mühüm təcrübədir. Düzdür, fikirlər var ki, Konfrans Liqasında daha irəli gedə bilərik. Amma nəzərə alaq ki, bir il əvvəl Avropa Liqasında bir qələbə qazandıq, bu il isə Çempionlar Liqasında 10 xal topladıq. Bir çox nüanslar var, qəti nəsə demək olmur. Amma elə oyunlar da var ki, həmin performansla Çempionlar Liqasına layiq olduğumuzu göstəririk.

“Dinamo” (Zaqreb) ilə düşdüyümüz mövsüm içimdə rahatlıq var idi ki, ÇL-də qruplara düşəcəyik. Amma baxırsan ki, nəticə başqa cür olur. Həmin il Avropa Liqasında yaxşı çıxış etsək də, cəmi bir qələbə qazandıq. Ölkədən çıxanda fərqli stress, fərqli futbol, fərqli yanaşma olur. Hər komandanın böyük potensialı və iddiası var. Onlar da bizim kimi yaxşı nəticəyə can atırlar. Xeyirlisi, hansı turnir olursa olsun, mübarizəmizi davam etdirəcəyik.

Şahin Cəfərov

“Şanslardan yararlana bilsəydik, başqa cür olardı”

4 May 2026 at 21:32

Misli Premyer Liqasının XXX turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Ümumilikdə, ağır oyun keçdi. “Qarabağ” daha çox üstün tərəf idi. İkinci hissənin əvvəlində buraxılan iki qol oyunumuza təsir etdi. Sonda vəziyyəti düzəltmək üçün cəhdlərimiz oldu, amma alınmadı.

– Denis Marandiçinin durumu nə yerdədir? 
– Əməliyyat olunub. Ümid edirik ki, növbəti mövsümə qayıdacaq.

– Çoxsaylı qol epizodlarınızı əldən buraxmağınızı necə şərh edərdiniz?
– Məncə, həyəcanla bağlı idi. Şanslardan yararlana bilsəydik, başqa cür olardı.

– Buraxdığınız qollarda rəqibin ustalığı çox idi, ya qapıçınızın səhvi?
– İkinci qol rikoşet, ilk qol isə rəqibin ustalığı ilə bağlı idi.

– İkincilik yolunda həlledici matç idi. Futbolçularınızın motivasiyasının kifayət qədər olduğunu düşünürsünüz?
– Bayaq qeyd etdim, həyəcan var idi və bu, məhz təzyiqlə bağlıydı.

Şahin Cəfərov

“Qarabağ” – “Turan Tovuz”: heyətlər

4 May 2026 at 18:26

“Qarabağ” Misli Premyer Liqasının XXX turunda bu gün “Turan Tovuz”u qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 22. Musa Qurbanlı 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 15. Leandro Andrade 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 77. Ramil Şeydayev 32. Hikmət Cəbrayılzadə 10. Abdullah Zubir 18. Dani Bolt 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

“Turan Tovuz”: 41. Sergey Samok 17. Rəhim Sadıxov 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 99. Vadji İbrahima 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 5. Roderik Miller 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev

“Qarabağ” – “Turan Tovuz”: statistika nə deyir?

4 May 2026 at 17:15

“Qarabağ” Misli Premyer Liqasının XXX turunda bu gün “Turan Tovuz”u qəbul edəcək.

Futbolpress.az-ın məlumatına görə, cari mövsümdə komandalar arasında baş tutan iki oyunu da “Qarabağ” qazanıb. “Atlılar” 1:0 və 2:1 hesablı qələbəyə sevinib. Ümumiyyətlə, tərəflərin son 5 duelində üstünlük “Qarabağ”dadır. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu görüşlərdə 3 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə də uduzub. Tovuz klubu sonuncu dəfə 2025-ci ilin yanvarında “Qarabağ”a qalib gəlib – 2:1.

“Qarabağ” liqada 59 xalla ikinci sıradadır. “Turan Tovuz” isə 56 xalla üçüncü pillədə qərarlaşıb. “Atlılar” son 5 çempionat oyununda 2 qələbə qazanıb, 2 dəfə uduzub, 1 heç-heçə edib.

“Turan Tovuz” isə 5 matçdır məğlub olmur. Kurben Berdıyevin yetirmələri bu görüşlərdə 3 heç-heçə edib, 2 dəfə qələbə qazanıb.

“Turan Tovuz” bu mövsüm səfər oyunlarında ən yaxşı nəticə göstərən üçüncü komandadır. Qərb təmsilçisi qonaq olduğu 15 matçda 8 qələbə qazanıb, 2 dəfə uduzub. “Qarabağ” isə ev oyunlarındakı nəticələrə görə çempionatda ən yaxşı ikinci kollektivdir. Qurbanovun tələbələri 15 ev matçında 9 qələbə qazanıb, 3 dəfə heç-heçə edib.

“Qarabağ” ilə “Turan Tovuz” arasında birincilərin ev sahibi olduğu son beş dueldə də üstünlük “atlılar”dadır – 3 qələbə, 2 məğlubiyyət.

Oyunöncəsi statistikaya nəzər salsaq, rəqəmlər “Qarabağ”ın xeyrinədir. Lakin “Turan Tovuz” bu gün qələbə qazanacağı halda, xallar bərabərləşəcək və gümüş medallar uğrunda mübarizə son tura qədər davam edəcək. “Qarabağ”ın qələbəsi isə demək olar, intriqanı bitirəcək.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 19:30-da start veriləcək.

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi

4 May 2026 at 21:24

Bu gün Misli Premyer Liqasında XXX turun növbəti oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, turnir cədvəlinin ikincisi “Qarabağ” azarkeşləri önündə “Turan Tovuz”la üz-üzə gəlib.

Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Misli Premyer Liqası
XXX tur

4 may

19:30 Qarabağ – Turan Tovuz 2:1
Qollar:
Andrade, 50, Mateus, 54 – Ayxan Hüseynov, 76
Baş hakim: Rəşad Əhmədov
T.B. – Respublika st.

Before yesterdayMain stream

Sadıqov qələbədən sonra nələr dedi?

3 May 2026 at 22:01

Misli Premyer Liqasının XXX turunun “Zirə” – “Qəbələ” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Ağır oyun keçdi. Matçdan əvvəl də futbolçulara bu haqda danışmışdım. Rəqibin gücünü, oynadığı futbolu nəzərə almalıyıq. “Qəbələ” bu günə qədər bəlkə də 8-9 oyunu əldən verib. Həmin matçlarda qazansaydılar, indi avrokuboklara vəsiqə uğrunda mübarizə aparardılar. Bizim üçün gərgin ay keçdi. Bugünkü matçda fiziki və mental baxımından yorğunluq hiss olunurdu. Özümüzdə güc tapıb, lazımi nəticələri əldə etməliyik. Matça yaxşı başlamadıq, futbolçularda tələskənlik var idi. Fasilədən sonra daha yaxşı oynadıq. Qoldan sonra oyunçularım rahatlaşdı və epizodlar yaratdıq. Bu qədər gərginliyə baxmayaraq, vacib üç xal qazandıq. Futbolçulara oyuna görə təşəkkür edirəm.

– Qola qədər komanda yaxşı oynamırdı. Bu, nə ilə bağlı idi?
– Çoxsaylı top itkilərimiz oldu. Futbolçuların üzərində təzyiq var idi, həm də gərgin qrafikdən yeni çıxmışdıq. Bu gün yorğunluq özünü göstərdi. Henrikenin zədəsi bizə ciddi problem yaradır, İssa Cibrillanı dəyişə bilmirik. Qorxa-qorxa meydanda saxladıq. Fasilədən sonra da çox yorğun göründü və qoldan sonra onu əvəzlədik.

Şahin Cəfərov

Sxadadze: “Bu vəziyyətdən çıxa bilərik”

3 May 2026 at 21:56

Misli Premyer Liqasının XXX turunun “Zirə” – “Qəbələ” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– “Zirə”ni təbrik edirəm, Rəşad Sadıqov möhkəm komanda yaradıb. Oyuna gəlincə, yaxşı hazırlaşmışdıq. Pressinq etdik, qol vəziyyətləri yaratdıq. Sadəcə əsas problemimiz – son fazada dəqiqlik çatmamasıdır. Bunun üzərində çox çalışırıq, amma alınmır. Bu gün də bəsit qol buraxdıq. “Zirə”nin fərqlənənə qədər bir epizodu olmuşdu. Sona qədər mübarizə aparmalıyıq, qarşıda üç oyunumuz var. Bu vəziyyətdən çıxa bilərik. Azarkeşlərimizə təşəkkür edirik, amma təəssüf ki, onları sevindirə bilmədik.

– Qol epizodlarını dəyərləndirə bilməməyiniz nəylə bağlıdır?
– İlk növbədə psixoloji amil var. Futbolçu özünə inamlı olanda, düzgün də addım atır. Eyni zamanda, keyfiyyət də mühüm rol oynayır.

– Növbəti oyunlardan gözləntilər nələrdir?
– Xallar qazanmaq lazımdır, ancaq bu haqda düşünürük.

Şahin Cəfərov

“Göstərdik ki, mükafatımızı layiqli şəkildə qazanmışıq” – Dambrauskas

3 May 2026 at 19:47

Misli Premyer Liqasının XXX turunun “Şamaxı” – “Sabah” oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Futbolçularımı təbrik edirəm, bizə dəstək olan azarkeşlərə minnətdaram. Çempionluq xəbəri gəldikdən sonra oyuna köklənmək çətin idi. Çünki yenidən emosiyaları qaytarmağa və özündə güc tapmağa ehtiyac var. Bu oyunun əhəmiyyəti nə qədər olmasa da, itmiş olur. Buna baxmayaraq, futbolçular özlərində güc tapdılar, motivasiyalı şəkildə oynadılar və qələbə qazandılar. Göstərdik ki, mükafatımızı layiqli şəkildə qazanmışıq. “Şamaxı” çox yaxşı komandadır, onlara qarşı üç qol vurmaq asan deyil. Amma ikinci hissədə də çoxlu imkanlar yaratdıq. Oyunun böyük qismində dominant tərəf biz idik.

– Bundan əvvəl çalışdığınız klublar çempionluğu yaşamışdı. Amma “Sabah” tarixində ilk dəfə bunu bacardınız. Fikirləriniz nədir?
Bolqarıstanda, Xorvatiyada kubok qazanmışam. Düşünürəm ki, Azərbaycandakı çempionluq ən böyük nailiyyətlərimdən biridir. Litvada da qızıl medallar qazanmışdım, amma orda vəziyyət elə idi ki, çempionluğa məcbur idin. Yanlış xatırlamıramsa, 9 aydır, uduzmuruq. Azərbaycan liqası güclüdür və daha da inkişaf edəcək. Çempionlar Liqasının pley-off mərhələsində oynamış komandanı keçmək asan deyil. Böyük nailiyyətə imza atdıq. Əməyi keçən hər kəsə minnətdaram.

– Avropaya gedəcək 4-cü komandanın taleyi sizdən asılıdır. Kubokun finalına qədər formanızı saxlaya biləcəksiniz?
– Kuboku da qazanmaq istəyirik. Hər kəs meydanda öz işini görəcək. Bizim üçün ikinci titul çox önəmlidir. Tarix yazmaq istəyirik. Düşünürəm ki, meydana çıxanda başqa şeyləri düşünməyəcəyik. Şansımızdan maksimum yararlanacağıq.

– Bu gün debüt edən Cəfər Muxtarov haqda fikriniz necədir? Mövsümün əvvəlində onu heç II Liqa klubları da komandaya götürmək istəmirdi, amma bu gün siz ona karyerasında böyük şans verdiniz…
– Cəfərin bizə gəlməsi bir az qəribə oldu. Tam xatırlamıram, amma səhv etmirəmsə, oktyabrda – milli komandalara görə yaranan fasilədə bizə qoşuldu. Gördüm ki, çox keyfiyyətli oyunçudur. Topla gözəl davranmağı bacarır, əvəzedici komandada özünü göstərə bildi. Çalışdıq ki, ona dəstək olaq. Komandada kim varsa, uğurlarımızda pay sahibidirlər. Rəqabət yüksəkdir və bəzən oyunçular çox çalışsalar da, onlara fürsət vermək imkanımız olmur. Cəfər də daxil olmaqla bir çox oyunçu eqolarını komanda naminə kənara qoyur, məşqlərdə canla-başla iştirak edir. Fikirləşirəm ki, millinin də məşqçilər heyəti onu diqqətdə saxlamalıdır. Top saxlamaq istəyən komandaların belə futbolçulara ehtiyacı var. Bu gün də oynamağa layiq idi.

– Puxaç ilk hissədə zədələndi. Onun durumu necədir?
– Bu barədə dəqiq heç nə deyə bilməyəcəyəm. Tibbi heyətlə danışmaq lazımdır. Puxaç elə oyunçudur ki, onu bir dəqiqə də itirmək istəməzdim.

Şahin Cəfərov

Ayxan Abbasovdan məğlubiyyətə şərh

3 May 2026 at 18:36

Misli Premyer Liqasının XXX turunun “Şamaxı” – “Sabah” oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Sabah”ı çempionluq münasibətilə təbrik edirəm, onlara uğurlar arzulayıram. Dəstəklərinə görə azarkeşlərimizə minnətdaram. David Sezarın zədələnməsi oyunun qırılma anı idi.

Gənclərə şans verdik, epizodlar yaratdıq. “Sabah” kimi komandaya qarşı oynamaq çətindir. Qarşıda üç oyun var, mövsümü maksimum şəkildə yaxşı bitirməyə çalışacağıq”.

Şahin Cəfərov 

“Zirə” – “Qəbələ”: heyətlər

3 May 2026 at 17:52

“Zirə” Misli Premyer Liqasının XXX turunda bu gün “Qəbələ”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 18:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 4. Ruan Renato 9. Davit Volkov 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis 22. Eren Aydın

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 73. Anatoli Nuriyev 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 26. Stefan Aka 30. Rikardo Martins 11. Junior Martins 6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov

“Qəbələ”: 93. Rza Cəfərov 28. Murad Musayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde

Baş məşqçi: Kaxaber Sxadadze

Şamaxıda heyətlər bilindi

3 May 2026 at 15:13

“Sabah” Misli Premyer Liqasının XXX turunda “Şamaxı”nın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 16:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Şamaxı”: 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli (k) 5. Arsen Ağcabəyov 27. Emil Süleymanov 82. Rüfət Abbasov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 3. Vladislav Veremeyev 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 88. Rodriqo Fernandeş 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa

Baş məşqçi: Ayxan Abbasov

“Sabah”: 55. Nicat Mehbalıyev 2. Amin Seydiyev (k) 5. Rəhman Daşdəmirov 21. Velko Simiç 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 99. Patrik Mbina 7. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 92. Stas Pokatilov 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 9. Xəyal Əliyev 89. Cəfər Muxtarov 20. Coy Lens Mikels 40. İqor Noqeyra 70. Cesse Sekidika 53. Andrey Santos 83. Stefen Ende

Baş məşqçi: Valdas Dambrauskas

“Sabah” və “Zirə”dən qələbə

3 May 2026 at 20:27

Bu gün Misli Premyer Liqasında XXX turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında çempion “Sabah” səfərdə “Şamaxı”ya qalib gəlib.

Digər görüşdə “Zirə” autsayder “Qəbələ”ni məğlub edib.

Misli Premyer Liqası
XXX tur

3 may

16:00 Şamaxı – Sabah 0:3

Qollar: Solvet, 38, Mikels, 78, Umarali, 90+1 (pen.)
Baş hakim: Kamal Umudlu
Şamaxı şəhər stadionu

18:30 Zirə – Qəbələ 1:0
Qol:
Martins, 78
Baş hakim: Elçin Məsiyev
Zirə İK stadionu

Kaşkilya: “Bu, klub üçün tarixdir”

2 May 2026 at 21:59

Misli Premyer Liqasının XXX turunun “Araz-Naxçıvan” – “İmişli” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Futbolçularımı təbrik edirəm. Oyunun vacibliyini bilirdik. Qələbə bizi hədəflərimizə daha da yaxınlaşdırdı. Demək olar, 99 faiz liqadakı yerimizi təmin etmişik. Yenidən komandamı təbrik edirəm. Debütant olmağımıza baxmayaraq, yaxşı xallar qazandıq. Bu, klub üçün tarixdir. Ümid edirəm ki, fanatlar da nəticədən razıdır. Oyuna gəlincə, rəqibin ikinci hissədə yüksək pressinq tətbiq edəcəyini bilirdik. Əks-hücumlardan fərqlənmək üçün şanslarımız var idi.

-Demək olar, hədəfə çatdınız. Növbəti oyunlara köklənmək çətin olmayacaq?

-Oyunçuları motivasiya etmək asan olacaq. Futbolçuların üzərində təzyiq olanda bu iş daha çətindir. Onlar artıq qarşıdakı matçlara yaxşı oyun üçün çıxacaqlar.

-Rollonun durumu necədir?

-Birinci gün dəqiq bilinəcək.

-“Şamaxı”nı keçmək şansınız var…

-Əlbəttə, məqsəd hər oyunda xal qazanmaq, qalib gəlməkdir.

Şahin Cəfərov 

“Rəqibdən nədəsə üstün olduğumuzu deyə bilmərik”

2 May 2026 at 21:00

Misli Premyer Liqasının XXX turunun “Araz-Naxçıvan” – “İmişli” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Andrey Demçenko fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– “İmişli” bizdən daha istəkli idi. Qələbəyə “ac” futbolçular lazımdır – belə istəksiz oynamaq olmaz. Bu gün rəqibdən hansısa komponentdə üstün olduğumuzu deyə bilmərik. Alınmırsa, sona qədər döyüşmək lazımdır. “İmişli” daha çox mübarizə apardı və qələbə qazandı.

– Nə üçün futbolçular istəkli deyil?
– Çünki qələbəyə “ac” deyillər. Meydanda qalib gəlmək istəyənlər oynamalıdır.

– Komandada qalsanız, heyətin böyük hissəsini dəyişəcəksiniz?
– Hazırda bu haqda nəsə demək çətindir, çünki öz taleyim də hələ bəlli deyil.

Şahin Cəfərov

“Dırnaqarası fanatlar var, bəhanə axtarırlar ki, Azəri “vursunlar”

2 May 2026 at 19:27

Misli Premyer Liqasının XXX turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Maraqlı oyun alındı. Matç bizim üçün yaxşı başlaya bilərdi, amma qol vura bilmədik. Kuryoz qollar buraxırıq. Uşaqların hər birinə təşəkkür edirəm ki, toparlandılar və geridönüş etdilər. Fanatlarımıza sağ ol deyirəm – daim bizim yanımızdadırlar. Dırnaqarası azarkeşlərimiz də var ki, qələbə qazananda belə min bir bəhanə axtarırlar. Əziyyətə dəyər verilmir.

– Söhbət var idi ki, məğlub olsaydınız, istefa şüarları səslənəcəkdi…
– Xeyr. Əsl “Kəpəz” azarkeşləri bilir ki, Azər Bağırov hansı vəziyyətdə komandanı götürüb. Xal yox idi, legioner çatışmazlığı yaşayırdıq. Cəmi bir əcnəbi transfer etdik, Cefferson da Azərin səhvinə görə getməyib. Gənc oyunçularla yolumuza davam etdik. Hansısa fanatın “istefa” qışqırması mənim üçün önəmli deyil.

– Ardıcıl 4 məğlubiyyətə səbəb nə idi?
– Komandamızın ehtiyat qüvvəsi yoxdur. Bir oyunçu zədələndə eyni anda üç mövqeni dəyişməli oluruq. Bu işləri əsl azarkeşlər görür. Amma dırnaqarası fanatlar var, bəhanə axtarırlar ki, Azəri “vursunlar”.

– Sonuncu olmayacağınız dəqiqləşdi. İndi qarşıda pley-offa düşməmək lazımdır…
– Liqada qarşılaşdığımız komandalara “başağrısı” olmuşuq. Turnir cədvəlində kimin hansı yerdə olmasına baxmırıq. Cüzi səhvlərdən qol buraxmasaq, qələbələrimiz də gələcək. İnanıram ki, azarkeşlərin dəstəyi ilə daha yaxşı olacağıq.

– Buraxdığınız qola bəxtsizlik, ya qapıçı səhvi demək olar?
– Rikoşet oldu, amma vacib məqam bu gün Yusifin qapıda olması və futbolçulara inam verməsidir. O, bəzi anlarda səhvləri siğortalayır.

– Rəqib həmkarınız ilk qolunuzda penalti olmadığını dedi. Siz nə düşünürsünüz?
– Əksini desək, düzgün olmaz. Çempionlar Liqasına baxsaq və ordakı penaltilərə nəzər yetirsək, çox suala özümüz cavab tapacağıq.

Şahin Cəfərov

“Sumqayıt”ın məşqçisi: “Həyəcanlıyam, əsəblərimə hakim ola bilmirəm”

2 May 2026 at 19:14

Misli Premyer Liqasının XXX turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (2:1) sonra qonaq komandanın məşqçisi Veliçko Kaplanoviç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Bu gün oyundan yox, hakimdən danışmaq lazımdır, ancaq istəmirəm. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Amma penaltinin nə üçün verildiyini anlamadım. Düzdür, liqada yerimizi təmin etmişik, amma bizə qarşı verilən qərarları başa düşmürəm. Hər dəfə bizə – məşqçilərə qırmızı vərəqə verilir. Anlamıram nə üçün bunlar baş verir. Top bədənə dəyir, sonra ələ, amma penalti verilir. Bizə qarşı artıq neçənci dəfədir bu cür qərarlar verilir. Həyəcanlıyam, əsəblərimə hakim ola bilmirəm. Belə də olmaz… Niyə bizə gələndə qaydalar fərqli olur?

– İkinci penaltidə müdafiəçiniz Danilonun kobud səhvi oldu. Bunu necə şərh edərdiniz?
– Bu epizod penaltidir, bəli, səhv etdik. Saşa İliçi tez-tez cəzalandırırlar, bu gün nəsə demədi axı, nə üçün sərt qərar verilir?

– Rüstəm əvəzlənəndə narazı idi və birbaşa paltardəyişmə otağına yollandı. Onu cəzalandıracaqsınız?
– Bunu mən də başa düşmədim. Sevinməlidir ki, meydana çıxıb. Mənim üçün bu, qeyri-peşəkar hərəkətdir. Hər kəs komandaya faydalı olmağa çalışmalıdır. Futbol fərdi oyun deyil.

– İki komanda da fərqli məkanda oynayır. Amma matçın baş hakimi səhv etmirəmsə, əslən gəncəlidir. Bunu nə dərəcə doğru hesab edirsiniz? Həm də “Kəpəz”in sabiq futbolçusu olub…
– Bu, hamı üçün gülməlidir. Haqsızlıqdır, peşəkar olmaq lazımdır. Belə oyunlara ciddi yanaşılmalıdır. Gənc oyunçuları da fikirləşməyə ehtiyac var.

– Təyinatlar açıqlananda baxırsınız?
– Təhlil etmirik. Biz oyunçuların analizlərinə üstünlük veririk. Hakimlər barədə danışmaq bizim işimiz deyil. Bizim üçün referilərin fərqi yoxdur.

– Hakimliklə bağlı AFFA-ya şikayətiniz olacaq?
– Klub olaraq, heç vaxt hakimliklə bağlı geniş etirazımız olmayıb. Həmişə “hakim də insandır, səhv edər” aspekti ilə yanaşmışıq. Ancaq bu hallar təkrarlananda artıq təbii vəziyyətdən çıxır. Səsimiz çıxmadıqca, belə fikir formalaşır ki, bizi əzmək olar. Bugünkü oyunla bağlı da etirazımız olacaq. (“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev)

Şahin Cəfərov

“Araz-Naxçıvan” – “İmişli”: heyətlər bilindi

2 May 2026 at 17:38

“Araz-Naxçıvan” Misli Premyer Liqasının XXX turunda bu gün “İmişli”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 18:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli, 34. Urfan Abbasov (k), 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 6. Patrik Andrade, 17. İssuf Paro , 23. Nuno Rodriqes, 10. Felipe Santos, 70. Şarl Boli

Ehtiyat oyunçular: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 24. Mustafa Əhmədzadə, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen

Baş məşqçi: Andrey Demçenko

“İmişli”: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 11. Vüsal Qənbərov, 94. Rafael Vieqaş, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 6. Yau Mozes, 23. Dioqo Rollo, 79. Dioqo Kardozu, 7. Luis Silvestr

Ehtiyat oyunçular: 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç, 17. Ezekiel Morqan

Baş məşqçi: Jorj Kaşkilya

“Kəpəz” – “Sumqayıt”: heyətlər açıqlandı

2 May 2026 at 14:54

“Kəpəz” Misli Premyer Liqasının XXX turunda bu gün “Sumqayıt”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 16:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

Kəpəz: 33. Yusif İmanov, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov
Baş məşqçi: Azər Bağırov

Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 33. Danilo Beskorovaynıy, 80. Keffel Resende, 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskez, 95. Nsana Simon
Baş məşqçi: Saşa İliç

Yevlaxda kimin seriyası pozulacaq?

2 May 2026 at 13:31

“Kəpəz” Misli Premyer Liqasının XXX turunda bu gün “Sumqayıt”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, Azər Bağırovun rəhbərlik etdiyi kollektiv çempionatda son 4 oyunu uduzub. “Qarabağ”a qalib gələndən sonra “qara zolağ”a düşən gəncəlilər “Sumqayıt”la matçda uğursuz seriyanı sonlandırmaq istəyir.

Komandalar arasında bu mövsüm baş tutan iki oyunda da 3:0 hesablı nəticə qeydə alınıb. Tərəflər hərəyə bir dəfə üç xala sevinib.

Ümumiyyətlə, “Kəpəz” ilə “Sumqayıt” arasında keçirilən son 5 matçda komandalar hərəyə iki dəfə qələbə qazanıb. Bir görüşdə isə qalib müəyyənləşməyib.

Bu gün, Yevlax şəhər stadionunda baş tutacaq matça saat 16:00-da start veriləcək.

Bombardir səfərləri sevir

2 May 2026 at 08:52

Misli Premyer Liqasında bu mövsüm səfər oyunlarında ən çox qol vuran futbolçu məlum olub.

Futbolpress.az-ın məlumatına görə, bu, bombardir Coy-Lens Mikelsdir. “Sabah”ın alman hücumçusu səfər matçlarında 11 qola imza atıb. Mikels ümumilikdə çempionatda 18 qolla ən çox fərqlənən oyunçudur. O, qollarının 7-ni isə ev matçlarında vurub.

Bu göstəricidə onu komanda yoldaşı Velko Simiç, “Neftçi”nin forvardı Bassalu Sambu və “Turan Tovuz”un futbolçusu Joarlem Santos izləyir. Hər üç oyunçunun aktivində 6 səfər qolu var.

5 və 6-cı pillədə isə “Şamaxı”dan Kərim Rossi və “Neftçi”dən Vensan Abubakar qərarlaşıb. Hər iki oyunçu səfər oyunlarında 5 dəfə fərqlənməyi bacarıb.

Şahin Cəfərov

“Kəpəz”dən geridönüş, “İmişli”yə bir qol bəs etdi

2 May 2026 at 20:27

Bu gün Misli Premyer Liqasında XXX tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış oyununda “Kəpəz” Yevlaxda “Sumqayıt”ı qəbul edib. Matç gəncəlilərin qələbəsiylə başa çatıb.

Digər görüşdə isə “Araz-Naxçıvan” “İmişli”yə uduzub.

Misli Premyer Liqası
XXX tur

2 may

16:00 Kəpəz – Sumqayıt 2:1
Qollar: Rauf Hüseynli, 86 (pen.), 90 (pen.) – Yusif İmanov, 64 (avtoqol)
Baş hakim: Əli Əliyev
Yevlax şəhər stadionu

18:30 Araz-Naxçıvan – İmişli 0:1
Qol:
Diequ Kardosu, 17
Baş hakim: Vüqar Həsənli
“SOCAR Polymer Arena”

İPL: “Mançester Siti”dən gözlənilməz xal itkisi

5 May 2026 at 01:00

İngiltərə Premyer Liqasında XXXV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçirilib. “Lids” azarkeşləri önündə autsayder “Bernli”yə qalib gəlib.

“Çelsi” bu turda “Nottingem Forest”ə uduzub.

Çempionluq yarışında olan “Mançester Siti” “Everton” səfərində xal itirib.

İngiltərə Premyer Liqası
XXXV tur

1 may

Lids – Bernli 3:1
Qollar: A.Stax, 8, N.Okafor, 52, D.Kalvert-Lyuin, 56 – L.Tçauna, 71

2 may

Brentford – Vest Hem 3:0
Qollar:
Mavropanos, 15-öz qapısına. İ.Tyaqo, 54-pen. Damsqor, 82.

Nyukasl – Brayton 3:1
Qollar:
Osula, 12. Börn, 24. Barnes, 90+5 – Hinşelvud, 61.

Vulverhempton – Sanderlend 1:1
Qollar:
Bueno, 54 – Mukiele, 17.

Arsenal – Fulhem 3:0
Qollar:
Qyökereş, 9; 45+4. Saka, 40.

3 may

Bornmut – Kristal Pelas 3:0
Qollar:
Lerma, 10-öz qapısına. Kroupi, 32-pen. Rayan, 77.

Mançester Yunayted – Liverpul 3:2
Qollar:
Kunya, 6. Şeşko, 14. Mayno, 77 – Soboslai, 47. Qakpo, 56.

Aston Villa – Tottenhem 1:2
Qollar:
Buendiya, 90+6 – Qallaxer, 12. Riçarlison, 25.

4 may

Çelsi – Nottingem Forest 1:3
Qollar: J.Pedro, 90+3 – T.Avoniyi, 2, 52, İ.Jezus, 15-pen

Everton – Mançester Siti 3:3
Qollar: T.Barri, 68, 81, C.Obrayn, 73 – J.Doku, 43, 90+7, E.Haaland, 83

Premyer Liqada daha 4 oyunun hakimləri bilindi

1 May 2026 at 15:47

Misli Premyer Liqasında XXX turun dörd oyununun təyinatları məlum olub.

Futbolpress.az xəbər verir ki, çempion “Sabah”ın “Şamaxı” ilə səfər matçını Kamal Umudlu idarə edəcək.

3 may (bazar)

“Şamaxı” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev

VAR: İnqilab Məmmədov

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: İlham Əliyev

Şamaxı şəhər stadionu, 16:00

“Zirə” – “Qəbələ”  

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

Zirə İK stadionu, 18:30

4 may (bazar ertəsi)

“Qarabağ” – “Turan Tovuz”

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

T.Bəhramov adına Respublika stadionu, 19:30

5 may (çərşənbə axşamı) 

“Karvan-Yevlax” – “Neftçi”

Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev

VAR: Kamranbəy Rəhimov

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Yevlax şəhər stadionu, 16:00

“Neftçi”lilərin qələbə şərhləri

1 May 2026 at 08:25

“Neftçi” Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda “Qarabağ”ı məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar”ın qələbə qolunu vuran Bassalu Sambu klubun televiziyasına açıqlamasında bunları deyib:

“Əlhəmdülillah, Allah məni bu mövqeyə gətirib. Çətin vaxtlarımda yanımda olan hər kəsə təşəkkür edirəm”

Qolkiper Emil Balayev isə qələbəni belə şərh edib:

“Uzun müddəti idi, “Qarabağ”ı məğlub edə bilmirik. Bu günə şükürlər olsun. Etimad göstərən hər kəsə təşəkkür edirəm. Çalışdım ki, gözləntiləri qarşılayım. Qapıçı mövqeyində qlobal dəyişiklik olmadı. Hər birimiz meydana çıxmağa daim hazırıq. Qələbə münasibətilə bütün “Neftçi” ailəsini təbrik edirəm”.

“Neftçi” ruhu və son çempionun enişi

1 May 2026 at 08:01

“Neftçi” Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda “Qarabağ”ı məğlub edib – 2:1. “Ağ-qaralar” bununla da “atlılar”a qarşı 18 oyunluq qələbəsizlik seriyasını bitirib.

Ötən həftə 1:5 hesabıyla uduzan “Neftçi” bu dəfə dərsinə yaxşı hazırlaşdı. Müdafiədə kompakt oynayan, yarımmüdafiədə yüksək pressinqlə rəqibi səhvlərə məcbur edən “ağ-qaralar” ilk hissədə balansı qoruya bildi. Fasilədən sonra qonaqlar üstünlüyü artırsa da, sürətli əks-hücumlarla təhlükəli gələn “Neftçi” standart vəziyyətdən fərqləndi. Qoldan sonra da rəqibini geridə qəbul edən “ağ-qaralar” hesabı qorumağa çalışırdı. Lakin oyunun sonlarına yaxın Elvin Bədəlovun avtoqolu hesaba tarazlıq gətirdi.

Əslində, bərabərlik də “Neftçi” üçün pis nəticə sayılmazdı, lakin son dəqiqədə Sambunun başla vurduğu qol bakılılar üçün əlavə motivasiya, uzunmüddətli seriyanın qırılması ilə əlamətdar oldu. “Neftçi” bu qələbə ilə çoxdandır arzulanan ruhunun oyanışını göstərdi.

Vernidubun komandası turnir cədvəlində də bir pillə irəlilədi. İndi mühüm olan mövqeni qorumaqdır. Kubokda da “Sabah” çempion olacağı halda, “Neftçi” Konfrans Liqasına vəsiqə qazanacaq.

Mövsüm ərzində xüsusilə, Çempionlar Liqasında böyük güc sərf edən “Qarabağ” indi bunun acısını yaşayır. Son çempion “taxtdan düşdü”, qızıl medallar “Sabah”ın olacaq. Matçdan sonra baş məşqçi Qurban Qurbanov da qeyd etdi, komanda bu mövsümdən dərs çıxarmalıdır. Ehtiyat qüvvəsi zəifləyən “atlılar” elə büdrədiyi ilk ildəcə çempionluğu qaçırdı. “Sabah”ın yüksəlişi, “Neftçi”nin dönüşü, “Turan Tovuz”, “Zirə” kimi komandaların mübarizliyi qarşıdakı illərdə liqada maraqlı rəqabətin xəbərçisidir.

Şahin Cəfərov

“Neftçi” 18 oyun sonra “Qarabağ”ı məğlub etdi – VİDEO

30 April 2026 at 23:06

“Neftçi” Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda “Qarabağ”ı məğlub edib – 2:1.

Futbolpress.az “ağ-qaralar”ın qələbəsindən hazırlanmış icmalı təqdim edir:

Vernidub: “Bunlardan dərs çıxardıq və qələbə qazandıq”

30 April 2026 at 22:58

Misli Premyer Liqasının XXI turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– “Neftçi” azarkeşlərini təbrik edirəm, eyni zamanda ötən oyundakı nəticəyə görə onlardan üzr istəyirəm. Belə oynamamalı idik. Bu səhvlərdən nəticə çıxardıq və qələbə qazandıq. Fanatlarımızı bir daha təbrik edirəm. Xahiş edirəm, bu gün sual verməyəsiniz – elə vəziyyətdəyəm ki, bir az sakitləşməyə ehtiyacım var. Qarşıdakı dörd oyunda nə qədər istəsəniz, sual verə bilərsiniz. Bu, hörmətsizlik kimi qəbul olunmasın. Oyun emosional baxımdan məni çox yordu. Bu gün sual olmasa, daha yaxşı olar.

Şahin Cəfərov

APL: iki oyunun təyinatları açıqlandı

30 April 2026 at 19:16

Misli Premyer Liqasında XXX turun iki oyununun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Kəpəz” – “Sumqayıt” oyununu Əli Əliyev idarə edəcək.

2 may (şənbə)

“Kəpəz” – “Sumqayıt”

Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov

VAR: Elvin Bayramov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Asif Əliyev

Yevlax şəhər stadionu, 16:00

“Araz-Naxçıvan” – “İmişli”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“SOCAR Polymer Arena”, 18:30

“Neftçi” – “Qarabağ”: heyətlər

30 April 2026 at 18:59

“Neftçi” Misli Premyer Liqasının XXI turunda təxirə salınmış oyunda bu gün “Qarabağ”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 20:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Neftçi”: 1. Emil Balayev 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 6. Sessi Dalmeyda 5. İqor Ribeyro 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis

Ehtiyat oyunçular: 13. Kenan Piriç 91. Nurəziz Əzizov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 24. Mustafa Sek 18. İfeanyi Metyu 9. Bassala Sambu 70. Andrey Ştoqrin 23. Cordan Rezabala 28. Alessio Kurçi

Baş məşqçi: Yuri Vernidub

“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 77. Ramil Şeydayev 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo 11. Emmanuel Addai 24. Jeremi Qnali

Baş məşqçi: Qurban Qurbanov

“Sabah”ın çempionluğu bu gün rəsmiləşə bilər

30 April 2026 at 17:15

“Sabah” klubunun bu gün Misli Premyer Liqasında çempionluğu rəsmiləşə bilər.

Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın ən yaxın izləyicisi “Qarabağ” səfərdə “Neftçi” ilə qarşılaşacaq. “Atlılar” bu matçda məğlub olacağı halda, “Sabah”ın sona 4 tur qalmış qızıl medalları təmin olunacaq.

“Futuristlər” 29 turdan sonra 72 xalla birinci sıradadır və “Qarabağ”ı 13 xal qabaqlayır. Mövsümün sonuna 4 tur qalıb və bu gün “atlılar” məğlub olsa, onların “bayquşlar”a çatması mümkünsüz olacaq.

 

Derbidə qələbənin vacibliyi

30 April 2026 at 10:30

“Neftçi” Misli Premyer Liqasında XXI turdan təxirə salınmış oyunda bu gün “Qarabağ”ı qəbul edəcək. “Palms Sports Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

Komandalar aprelin 26-da, XXIX tur çərçivəsində bu arenada üz-üzə gəlmiş və “Qarabağ” 5:1 hesablı qələbə qazanmışdı.

“Neftçi” əzəli rəqibinə qarşı keçirdiyi son 11 oyunda uduzub. Bakılılar bu gün seriyanı qırmaq arzusundadır. Oyunu vacib edən daha bir detal ilə “ağ-qaralar”ın liqada dördüncü pilləyə yüksəlmək şansının olmasıyla bağlıdır.

“Neftçi” bu gün “Qarabağ”la matçda üç xal qazansa, turnir cədvəlində dördüncü olan “Zirə”ni keçəcək və bir xallıq üstünlük yaranacaq. Dördüncü pillənin sahibi “Sabah”ın ölkə kubokunu qazanacağı halda, Konfrans Liqasına yollanacaq.

 

“Neftçi” “Qarabağ”ı məğlub etdi, “Sabah” çempionluğunu rəsmiləşdirdi

30 April 2026 at 21:57

Bu gün Misli Premyer Liqasında XXI turdan təxirə salınmış oyun keçirilib.

Futbolpress.az xəbər verir ki, “Neftçi” azarkeşləri önündə “Qarabağ”ı qəbul edib. “Palms Sports Arena”da baş tutan oyun “ağ-qaralar”ın qələbəsiylə başa çatıb.

Bu nəticədən sonra “Sabah” sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. “Bayquşlar” ikinci “Qarabağ”ı 13 xal qabaqlayır.

Misli Premyer Liqası
XXI turdan təxirə salınmış oyun

30 aprel

20:00 Neftçi – Qarabağ 1:1
Qol:
Emil Səfərov, 55 – Elvin Bədəlov, 85 (avtoqol)
Baş hakim: Kamranbəy Rəhimov
“Palms Sports Arena”

❌
❌