Emeri bunu bacaran beşinci məşqçi oldu
8 May 2026 at 13:29
İspaniyalı mütəxəssis Unay Emeri məşqçi karyerası ərzində altıncı dəfə avrokuboklarda final oynayacaq.
Futbolpress.az xəbər verir ki, onun rəhbərlik etdiyi “Aston Villa” Avropa Liqasında yarımfinalda “Nottingem Forest”i məğlub edərək (4:0) həlledici görüşə vəsiqə qazanıb.
Emeri avrokuboklarda altı final görən beşinci məşqçidir. Daha əvvəl Karlo Ançelotti, Covanni Trapattoni, Aleks Ferqyuson və Joze Mourinyo bunu bacarıb.
“Aston Villa” finalda mayın 20-da Almaniyanın “Frayburq” komandası ilə qarşılaşacaq.